Manikür sənəti tarixə qovuşur - VİDEO

Manikür sənəti tarixə qovuşur - VİDEOABŞ-da manikür etməyi bacaran ilk robot istifadəyə verilib.

BiG.AZ Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" agentliyi məlumat yayıb.

Cihaz San-Fransiskoda yerləşən mağazaların birində quraşdırılıb.

Cihaz on dəqiqə ərzində dırnaqları boyayır. Müştəri sadəcə olaraq lakın rəngini seçir və səkkiz dollar (təxminən 13 manat) ödəyərək manikür robotun xidmətindən yararlanır.

Lakin cihaz dırnaqları kəsə və ya onlara forma verə bilmir.

Gələcəkdə manikür robotun ofislərdə və yaşayış komplekslərində quraşdırılacağı güman edilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1167   Tarix: 09 iyun 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş