Gözünün içinə tatu etdirib KOR OLDU, lakin... - FOTOLAR

Gözünün içinə tatu etdirib KOR OLDU, lakin... - FOTOLARABŞ-ın Texas ştatından olan Sara Sabbat tatu aşiqidir.

BİG.AZ xəbər verir ki, bədəninin bir çox yerində döyməsi olan qız özünü "Venom" filminin qorxunc personajına bənzətmək və göz bəbəyinin rəngini dəyişmək qərarına gəlib.

Gözünün içinə tatu etdirib KOR OLDU, lakin... - FOTOLARLakin tatu ustası fiziolji mayedən az, mürəkkəbdən isə çox istifadə etdiyi üçün Sara müvəqqəti olaraq görmə qabilyyətini itirib.

Göz həkiminin ona yazdığı damcılardan sonra qız tədricən görməyə başlasa da, görməsi tam olaraq bərpa olunmayıb.

O, bir müddət televizora baxa bilməyib və gur işıqdan narahat olub, lakin atdığı addıma görə peşman deyil:

"Bədənimdəki döymələr mənim üçün böyük əhəmiyyət daşıyır. Onların sayəsində özümü ifadə edə bilmişəm. Həyatımın bir hissəsi olaraq, onlar məni qoruyur. Bədənim imkan verdiyi sürəcə tatu etdirməyə davam edəcəyəm".

Sara bədənindəki döymələri özünün "İnstagram" səhifəsində paylaşır.

Gözünün içinə tatu etdirib KOR OLDU, lakin... - FOTOLARGözünün içinə tatu etdirib KOR OLDU, lakin... - FOTOLARGözünün içinə tatu etdirib KOR OLDU, lakin... - FOTOLARGözünün içinə tatu etdirib KOR OLDU, lakin... - FOTOLARNatəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3197   Tarix: 18 may 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş