Deputat paylaşımlarına münasibət bildirməyənləri TƏHQİR ETDİ - FOTOFAKT

Deputat paylaşımlarına münasibət bildirməyənləri TƏHQİR ETDİ - FOTOFAKTMilli Məclisin deputatı Etibar Əliyev feysbuk hesabında paylaşımlarına reaksiya verməyən dostlarını təhqir edib.

BiG.AZ xəbər verir ki, deputat həmin şəxsləri dostluğundan çıxaracağını vurğulayıb.

Etibar Əliyevin sözlərinə görə, onun feysbukda 5000 dostu var və paylaşımlarına kim münasibət bildirmək istəmirsə, dostluğu tərk etməlidir: "Bunu etməyən şəxsi vicdansız hesab edirəm. Yük olmaq lazım deyil. Mən təhsil və elm barədə ciddi paylaşmalar edəcəyəm. Dostluq üçün çoxsaylı müraciətlər var. Əks təqdirdə inciməyin, özüm dostluqdan çıxaracağam".

Deputat sözügedən statusu dostları tərəfindən birmənalı qarşılanmayıb. Statusa şərh yazanlar bu məsələdə belə sərt olmağın lazımsız olduğunu vurğulayıblar. Həmçinin deputatın özünün dostluğunda olan şəxslərin statusuna vaxt ayırıb-ayırmadığı da sual olunub.

Deputat paylaşımlarına münasibət bildirməyənləri TƏHQİR ETDİ - FOTOFAKT


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 695   Tarix: 18 may 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş