"Pandemiyada evimi və maşınımı satdım" - Bahar Lətifqızı

"Pandemiyada evimi və maşınımı satdım" - Bahar LətifqızıPandemiya ərəfəsində maddi sıxıntı yaşayan sənətçilərdən biri də müğənni Bahar Lətifqızıdır.

BiG.AZ xəbər verir ki, bu barədə B.Lətifqızı "MTV" kanalına açıqlamasında deyib. O, evini və avtomobilini satdığını bildirib:

"Pandemiyada evimin birini və maşınımı satdım. Burada ayıb heç nə yoxdur. Kiminsə malına göz tikməmişəm. Vaxtında almışdım, satıb, digər evimi təmir etdirdim, lazımi işlərimi gördüm. Azərbaycanda olmasa da, Moskvada toylara gedirəm. Ən böyük biznesim oxumağımdır"./Axşam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3133   Tarix: 17 may 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş