Məşhur aparıcı və iş adamından aləmi qarışdıran iddialar: Şantaj, silahla istismar...

Məşhur aparıcı və iş adamından aləmi qarışdıran iddialar: Şantaj, silahla istismar...Kambocada iş adamı Heng Sear ilə məşhur model və aparıcı Piç Rita arasında baş verənlər bütün ölkədə qarışıqlığs səbəb olub.

BiG.AZ Lent.az-a istinadən məlumat verir ki, Sear Ritanın münasibətlərini ifşa etməklə hədələdiyini və onu bıçaqladığını, Rita isə iş adamının başına silah dayayaraq cinsi istismara cəhd etdiyini iddia edib. İş adamı Heng Sear məşhur model və aparıcı Piç Ritanın onun telefonunu oğurladığını da əlavə edib.

Rita Searın iddialarından sonra nəzarətə alınarkən, istintaq nəticəsində hadisələrin gedişatı dəyişib. Məlumata görə, Rita Searın başına silah dayayaraq cinsi istismara cəhd edib. Sear maşında oturduqları zaman Ritaya birlikdə olmaq istədiyini və qızın imtina etdiyini gördükdə, silahla güc tətbiq etdiyi iddia olunur.

Başına gələnləri sosial mediada bölüşən Rita deyib: "Özümdən iyrəndim. Gözlərimi yumanda mənə toxunduğunu görürəm. Silahı vardı, qorxdum. Mənə zərər vermək istədi".

Ritanın bu paylaşımı qısa müddətdə yayılıb və qadınlardan böyük dəstək alıb.

Görüntülərdən sonra 60 yaşlı Sear bir şərh yayımlayıb. Rita ilə qadağan olunmuş münasibət qurduğunu deyən Sear, həyat yoldaşından və ailəsindən üzr istəyib.

İkisinin qarşılıqlı iddiaları ilə çıxılmaz bir vəziyyət alan hadisə ilə əlaqədar istintaq davam edir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1178   Tarix: 17 may 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş