Dmanisidə gərginliyə son qoyuldu

Dmanisidə gərginliyə son qoyulduGürcüstanın Dmanisi rayonunda mübahisə tərəfləri arasında barışıq əldə olunub.

BiG.AZ "Report"a istinadən xəbər verir ki, bu barədə şərqi Gürcüstanın müftisi Etibar Eminov Dmanisi meriyasında keçirilən görüşdən sonra bildirib.

Onun sözlərinə görə, tərəflər bir-birini bağışlayıb: "Məişət zəminində baş vermiş qarşıdurma daha da gərginləşə bilərdi. Gərginliyə din xadimləri, dövlət rəsmiləri və Dmanisi sakinlərinin iştirakı ilə son qoymaq mümkün oldu".

Görüşdən sonra tərəflər barışıq rəmzi olaraq əl sıxıblar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1005   Tarix: 17 may 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş