Bakıda bu gün evlənən cütlük nikah şəhadətnaməsini itirdi - FOTO

Bakıda bu gün evlənən cütlük nikah şəhadətnaməsini itirdi - FOTOAzərbaycanda bu gün evlənən cütlüyün nikah şəhadətnaməsi itib.

BiG.AZ xəbər verir ki, hadisə paytaxt ərazisində qeydə alınıb.

Belə ki, mayın 17-də 1996-cı il təvəllüdlü Quliyev Azər Xəqani oğlu ilə 1998-ci il təvəllüdlü Salamova Gülnaz Ağaməmməd qızı arasında Bakıda yerləşən 2 saylı "ASAN xidmət" mərkəzinin qeydiyyat şöbəsində nikah bağlanılıb.

Amma mərkəzdə cütlüyə verilən nikah şəhadətnaməsi onlar evlərinə gedən zaman itib.

Cütlüyə aid şəhadətnəmə sonradan paytaxtın Xətai rayonunda, "Nargilə" kimi tanınan ərazidə tapılıb. Hazırda şəhadətnaməni tapan vətəndaş onu sahiblərinə təqdim etmək üçün cütlüyü axtarır./"Report"

Bakıda bu gün evlənən cütlük nikah şəhadətnaməsini itirdi - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1476   Tarix: 17 may 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş