"Onlara bu şərəfi yaşatmaram"

"Onlara bu şərəfi yaşatmaram""Qalmaqal yolunu tutan sənət adamları aqressiv toxum səpirlər. Bir yerdə sənət, ciddi məşğuliyət yoxdursa, bunu edir. Mənim qəbul etmədiyim həyatdır. Belə həyat tərzi sürürlər. Bu aləmdən gözləmədiyim münasibət görmüşəm, məni şoka salıblar. Onu efirə çıxarmamışam, yerində cavab vermişəm. Aqresiv olduqca, qarşı tərəfə şərəf verirsən. Bu şərəfi heç kimə yaşatmaram".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva "ATV maqazin onlarla" proqramında deyib. Müğənni şou-biznesdə yaşadığı qalmaqallardan danışıb.

Ağayeva "Eurovision" yarışmasını da tənqid edib:

"Peşəkar hər şeydə peşəkar olmalıdır. Gözəl insanın işi də gözəl olmalıdır. Bu yolun yolçusuyam. "Eurovision" mənim iştirak edəcəyim səhnə deyil. Orada yaradıcılıq yoxdur. Yaradıcılığımı bada verə bilmərəm. Ondansa Azərbaycanı daha yaxşı səhnələrdə təmsil etmişəm. Görmüşəm Patrisiya Kaas, Alla Puqaçova, Sərtab Ereneri... Patrisiya Kaas ilk dəfə səhnəyə çıxan cücə ilə müqayisə olunanda düşür o tərəfə. Onu arzulamamışam. Elə ölkələr var ilan-qurbağa göndərir. Başa düşmürsən adamdı, ya nədir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1040   Tarix: 17 may 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş