"Bir il qırmızı geyinməyəcəm"

"Bir il qırmızı geyinməyəcəm""Şuşanın yarısı tam gözəldir. Amma Daşaltıdan vurulan yerlər xarabalıqdır. Evlərdə təmir işləri gedir".

BiG.AZ xəbər verir ki, bu sözləri Xalq artisti Firəngiz Mütəllimova "Zaurla Günaydın" proqramında deyib. Aktrisa "Xarıbülbül" festivalı çərçivəsində Şuşaya getməsindən danışıb. Mütəllimova təsüratlarını və sevincini bölüşüb:

"Evimi uzaqdan gördüm. And içmişdim. İçəri heç əsgər daxil ola bilmir. Evimizin içindən ağaclar bitib, orada yaşayış olmayıb. Kinoteatr da yoxdur. Deyirdim ki, Şuşaya getsəm, mədəniyyət evinin qabağında ayaqyalın rəqs edəcəm. Mədəniyyət evi yox idi. Həm də rəqs etmək həvəsim olmadı. Şəhridlərin ili çıxana qədər qırmızı dodaq və dırnaq boyası çəkməyəcəm, qırmızı geyim geyinməyəcəm. Çəkilişlərə də demişəm ki, gətirməyin"./Axşam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4017   Tarix: 17 may 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş