Raquf Orucovun anasının məzarı tapıldı - FOTO

Raquf Orucovun anasının məzarı tapıldı - FOTO2016-cı ilin aprelində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun anasının Ağdamdakı məzarı illər sonra tapılıb.

Bu barədə Modern.az-a Raquf Orucovun xanımı Sevinc Orucova məlumat verib.

Şəhid xanımı Raquf Orucovun anasının məzarını ziyarət edəcəyini söyləyib.

SSRİ-nin son illərində ermənilərin Dağlıq Qarabağa qarşı iddialarının artdığı və onların sərhədyanı bölgələri atəşə tutduğu bir vaxtda Rusiya ordusunda yenicə xidmətə başlayan Raquf Orucov hərbi hissəni tərk edərək, vətənə dönür və Ağdamda xidmətə davam edir.

Həmin illərdə ermənilərin hücumu daha da genişlənir. Növbəti həmlələrin birində düşmən tərəfin atdığı güllələrdən əvvəlcə Raquf Orucovun dayısı Azər Rəhimov, 1993-cü il iyunun 12-də isə anası Raya Rəhimova həlak olublar. Düşmən Ağdamın Cinli kəndini işğal etdiyindən Raquf Orucovun anası öz kəndlərində dəfn olunmur. Ona görə də mərhum yaxınlıqdakı Çullu kəndində dəfn edilir.

Şəhid zabitin xanımı deyir ki, Raquf Orucov işğal illərində anasının məzarını ziyarət edib və onun itib-batmaması üçün ora nişanə qoyub:

"Raqufun şəhidliyindən təxminən iki il əvvəl olardı. O, Ağdamda hərbi hissə komandiri, kəşfiyyatçı idi, hər kolun yerini tanıyır, hər cığırın hara getdiyini bilirdi. Ağdamda tanımadığı yer yox idi. Anası həlak olanda da onu Raquf dəfn etmişdi. Bir gün söhbət edəndə, təsadüfən dedim ki, sənin ananın məzarını ziyarət etmədiyinə inanmıram. Uzun danışmaq istəmədi, dedi, sən nə bilirsən ki, mən ora gedib-gəlməmişəm, işinlə məşğul ol!

Raquf həmişə Seyid Yusif ağa adlı yaxın dostu ilə dərdləşirdi. Şəhid olandan sonra bir dəfə Yusif ağa ilə görüşdük. Dedi mən sizə bir sirr açacam: Raquf anasının məzarını ziyarət etmişdi. Heç vaxt "Yasin" oxutdurmazdı, amma ziyarətdən sonra "Yasin" oxutdurdu.

Mən əslində bunu bilirdim. Anasını Ağdamın Cullu kəndində dəfn edib, çıxan kimi kənd işğal olunub, məzarın heç bir başdaşı, nişanəsi olmayıb. Raquf anasının məzarını ziyarətə gedəndə beton daşın qırıntılarını yığıb, məzara nişanə qoyub. Elə qoyduğu nişanələrə görə də indi həmin məzarı tapıblar. Kənd qəbirstanlığındakı sonuncu məzar olub. Biz artıq bu gün onun məzarını ziyarət etdik. Həmin ərazidə təhlükəsizlik təmin edilib".

Qeyd edək ki, polkovnik-leytenant Raquf Orucov 1972-ci ildə Ağdamın Cinli kəndində anadan olub. Ağdam rayonu ermənilər tərəfindən işğal olunduqdan sonra Raquf Orucovun ailəsi Sumqayıt şəhərindəki yataqxanalardan birində məskunlaşıb. Raquf Orucov Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbində 2 il ərzində lazımi hərbi biliklərə yiyələnib.

1995-ci ildə hərbi məktəbi uğurla başa vurandan sonra Bakıdakı hərbi hissələrdən birinə təyinat alıb, amma gənc zabit ön cəbhədə xidmətə üstünlük verib. 1996-cı ildə təyinatını düşmənlə üzbəüz mövqeyə - Murovdağa alaraq, kəşfiyyat bölüyünün komandiri kimi xidmətə başlayıb. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6 ili tamam olanda mükafatlananlar sırasında Raquf Orucovun adı da olub.

1997-ci ildə kəşfiyyat bölüyünün komandiri olan gənc zabit Raquf Orucov dövlət tərəfindən verilən hərbi tapşırığı çox böyük peşəkarlıqla yerinə yetirib. Kəlbəcərə gedib oradan yüksək çinli iki erməni zabiti gətirməyə nail olub.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 24 iyun 1998-ci il tarixli fərmanı ilə Raquf Orucov "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.

2000-ci ildən sonra Ağstafa, Tovuz, Beyləqan, Füzuli istiqamətlərində yerləşən hərbi hissələrdə xidmət edib. 2011-ci ildə arzusunda olduğu Ağdamdakı N saylı hərbi hissəyə qərargah rəisi təyin olunub.

Raquf Orucov 2016-cı il aprelin 4-də qoşunların təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən şəhid olub və Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib.

Raquf Orucovun anasının məzarı tapıldı - FOTORaquf Orucovun anasının məzarı tapıldı - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1307   Tarix: 17 may 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Ata və ananın sosial şəbəkədə çox vaxt keçirmələri uşaqlara qarşı diqqətin azalmasına səbəb olur" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Ramidə Oqtayqızı bildirib ki, uşaqlara sevgi, qayğı göstərmək, onlarla ünsiyyət qurma

19.04.2024 278
.

Millət vəkilləri arasında gərgin anlar yaşandı - VİDEO

Milli Məclisin aprelin 19-da keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının açıqladığı rəqəmlərin ölkədə maliyyə intizamı ilə bağlı vəziyyətin acınacaqlı olduğunu göstərdiyini deyib. Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bu fikirlərl

19.04.2024 459
.

Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

19.04.2024 485
.

UNICEF: "Qəzzada hər 3 evdən 2-si dağılıb və ya zədələnib"

UNICEF-in sözçüsü Ceyms Elder, İsrailin intensiv hücumları altında olan Qəzzada hər 3 evdən 2-nin dağıldığını və ya zədələndiyini açıqlayıb. xəbər verir ki, bir müddətdir Qəzzada çalışan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder X sosial media platformasında İsraili

18.04.2024 225
.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

19.04.2024 508
.

Gecə körpüyə çıxıb intihar etmək istədi - Video

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb. "Qafqazinfo" xəbər verir ki, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu Qara Qarayev prospektində 1 nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

19.04.2024 591
.

Britaniyanın Baş naziri Sunak: "İsrail-İran gərginliyinin artması heç kimin xeyrinə deyil"

Böyük Britaniyanın Baş naziri Rişi Sunak bildirib ki, İranın keçən həftə hava hücumundan sonra İsrailin şübhəsiz ki, özünü müdafiə etmək hüququ var, lakin gərginliyin artması heç kimin xeyrinə deyil. xəbər verir ki, Sunak paytaxt Londonda "Center for Social Justice" beyin mərkəzindəki çıxışınd

19.04.2024 201
.

Məşhurlar şişmanlaşıb belə oldu

Süni intellekt vasitəsilə bir çox məşhurların şişman halları "yaradılıb". -ın xəbərinə görə, sosial şəbəkələrdə türkiyəli məşhur aktyor və aktrisaların süni intellekt vasitəsilə kökəldilmiş hallarının şəkilləri paylaşılıb. Görünüşləri dəyişən məşhurlar heç də xarizmatik görünməyiblər

18.04.2024 1130
.

Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: "Səs eşitdik, gələndə artıq gec idi" - VİDEO

Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada ana və atasını qətlə yetirməkdə şübhəli bilinən Fikrət Məmmədov taksi sürücüsü kimi çalışıb. Qonşuların bəziləri bildirirlər ki, ailə daxilində ara-sıra münaqişələr də baş verirmiş. Münaqişələrin sonuncusu da qətllə yekunlaşıb. Baku TV-yə danışa

19.04.2024 1036