Baş nazir pensiyalarla bağlı QƏRAR İMZALADI

Baş nazir pensiyalarla bağlı QƏRAR İMZALADIBaş nazir Əli Əsədov müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısında dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.

Bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat müəyyən olunub.

Qərara əsasən, bu təqaüdün verilməsi üçün aşağıdakı sənədlərin təqdim edilməsi tələb olunur:

- əmək kitabçasının surəti;

- fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcələri barədə diplomların surəti.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 40149   Tarix: 17 may 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş