Türkiyədə BƏƏ-yə gedən konteynerlərdə axtarış: 313 milyonluq narkotik tapıldı

Türkiyədə BƏƏ-yə gedən konteynerlərdə axtarış: 313 milyonluq narkotik tapıldıTürkiyə Ticarət Nazirliyinin gömrük mühafizə dəstələri tərəfindən külli miqdarda narkotik vasitə ələ keçirilib.

Bu barədə Türkiyənin Ticarət naziri Mehmet Muş sosial şəbəkə hesabında bildirib.

"BƏƏ-yə tranzit üçün İskəndərun Limakport limanına gələn 17 konteyner yük "bina daşı" kimi göstərilsə də, 15-16 may tarixlərində Hatay Gömrük Mühafizə Qaçaqmalçılıq və Kəşfiyyat İdarəsininin personalı tərəfindən axtarış aparılıb.

Axtarış zamanı 11 konteynerin içində 1072,6 kiloqram (6264259 ədəd) "Captagon" tipli narkotik həb ələ keçirilib. Tapılan maddənin dəyəri təxminən 313 milyon türk lirəsidir (təxminən 63 milyon manat)", - deyə nazir bildirib.(oxu.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 626   Tarix: 16 may 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş