"Telegram" HƏMAS hərəkatının hərbi qanadının kanalını blokaldı

"Telegram" HƏMAS hərəkatının hərbi qanadının kanalını blokaldıFələstinin HƏMAS hərəkatının hərbi qanadı olan "İzzəddin əl-Qəssam Briqadası"nın "Telegram" messencerindəki rəsmi kanalı bloklanıb.

Bu barədə "RİA Novosti" xəbər yayıb.

"Xidmətdən istifadə qaydalarının pozulması səbəbindən bu kanal fəaliyyət göstərilə bilməz", - deyə kanalın məzmunu əvəzinə yayımlanan mesajda bildirilir.

Qeyd edək ki, 176 mindən çox abunəçisi olan qrup planları və həyata keçirdiyi əməliyyatlar barədə mütəmadi olaraq kanal vasitəsilə xəbərdarlıq edirdi.(oxu.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 370   Tarix: 16 may 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Tezbazar.az elanlar sayti