Nə zaman açıq havada maskasız gəzə bilərik? - Komitə sədrindən AÇIQLAMA

Nə zaman açıq havada maskasız gəzə bilərik? - Komitə sədrindən AÇIQLAMAAzərbaycanda koronavirusa yoluxma halı bir az da aşağı düşsə və vaksinasiya prosesi bir az da sürətlənsə, müəyyən yumşalmalara getmək mümkün ola bilər və yaxud, yay dövründə açıq havada maskasız gəzmək icazəsinə baxmaq olar.

BiG.AZ bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, Azərbaycanda yoluxma tempi aşağı düşüb və bu da əlbəttə ki, həyata keçirilən karantin tədbirlərinin nəticəsidir: "Eyni zamanda, vaksinasiya prosesi gedir, ancaq zəif gedir. Hesab edirəm ki, vaksinasiya prosesini bir az sürətləndirmək üçün tədbirlər görülməlidir, həm vətəndaşlarımız məsuliyyəti artırılmalıdır, həm də hökumət qurumları bu işdə fəallıqlarını artırmalıdırlar.

Ölkəmizdə vaksinasiya olunanlarla yoluxanların ümumi sayı 2 milyon həddindədir. Bu da bizə əsas vermir ki, karantin rejimini yumşaldaq və daha sərbəst həyat rejiminə keçək. Yəni hələ ki, əhalinin 20 faizi vaksinasiya olunub və ya yoluxub. Vaksinasiya prosesini sürətlnədirməklə heç olmasa 40 faiz əhali əhatə olunsa, karantin rejiminin yumşaldılması barədə düşünə bilərik.

Amma hələlik hesab edirəm ki, yay fəsli gəldiyinə görə, havalar istiləşdiyinə görə insanların Günəş şüası almağa, vitamin toplamağa daha çox ehtiyacı var. Bu baxımdan, fərdi qaydada rayonlarda karantin rejimini yumşaltmaq olar, ancaq hələlik Bakı üçün bunu söyləməyə çətinlik çəkirəm, çünki Bakıda həm əhali daha sıxdır, həm də yoluxma daha çoxdur. Azərbaycan kiçik ölkədir və Bakıdan rayonlara getmək çətin deyil. Bütün bunlar hamısı konkret fikir söyləməyi çətinləşdirir, amma ümumi tendensiya odur ki, yoluxma azalmaya doğru gedir və bu da bizə imkan verə bilər ki, müəyyən qədər karantin rejimini yumşaldaq. Yaxud da ki, yay dövründə açıq havada maskasız gəzmək icazəsinə baxmaq olar.

Hesab edirəm ki, yoluxma bir az da aşağı düşsə, vaksinasiya prosesi bir az da sürətlənsə, açıq havada maskasız gəzməyə keçə bilərik. Amma digər karantin tədbirləri hələlik saxlanmalıdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1570   Tarix: 16 may 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

14:11 0
.

"Azneft"in baş direktoru işdən çıxarıldı - Yeni təyinat

Əli Qurban oğlu Qurbanov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin yeni baş direktoru təyin edilib. Bu barədə "Report"a SOCAR-dan məlumat verilib. Bildirilib ki, o, bu vəzifədə Şahmar Hüseynovu əvəz edib. Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliy

12:53 0
.

Rusiyada terror aktı nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb

Rusiyanın paytaxtı Moskvada törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 143 nəfərə çatıb. Bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko mediaya məlumat yayıb. O bildirib ki, martın 22-də "Crocus City Hall" konsert zalında baş vermiş terro

14:39 0
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

17:36 0
.

"Uçot dərəcələrinin real iqtisadiyyata təsiri yetərincə deyil"- Ekspert

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (AMB) uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.AMB uçot faiz dərəcəsini 7,75%-dən 7,5%-ə endirib. Faiz dəhlizinin aşağı həddi 6,25% saxlayıb. Faiz dəhlizinin yuxarı həddi isə 8,75%-dən 8,5%-ə endirilib. İqtisadçı ekspert Emin Qəribli -a bildirib ki

14:00 0
.

"Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq"

"Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən eyni zamanda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyəti də koordinasiya olunur. Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatda olan 389

10:46 0
.

Bu məktəbdə yoxlama aparıldı - Direktor işdən çıxarıldı

Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Qaynarinfo xəbər verir ki, bununla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən

11:22 0
.

"Ermənistanın KTMT təlimlərdə iştirak etməyəcəyi gözlənilən idi" - Politoloq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu il "Rubej 2024" adlı birgə təlim də daxil olmaqla yeddi təlim keçirəcək.Bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov "Milli Müdafiə" jurnalına müsahibəsində deyib.Hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan

15:38 0
.

İsrail 7 oktyabrdan etibarən 212 məktəbə zərbə endirib

İsrail 7 oktyabrdan etibarən Qəzzaya hücumları davam edir. BİG.AZ xəbər verir ki, İsrail 212 məktəbə zərbə endirib. Bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) və bəzi qeyri-hökumət təşkilatlarının hazırladığı hesabatda bildirilib. Həmin məktəblərdən 53-ü tamamilə məhv edilib

14:47 0