Elon Mask bir tvit ilə bitkoinin qiymətini çökdürdü

Elon Mask bir tvit ilə bitkoinin qiymətini çökdürdü"Tesla" şirkəti öz elektromobillərinin alışı zamanı ödənişi bitcoin ilə qəbul etməkdən imtina edib.

BiG.AZ technote.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Elon Mask öz "Twitter" hesabında bildirib.

Onun bu məsələ barədə tviti bitkoinin bazardakı qiymətinə çox ciddi şəkildə təsir göstərib.

Maskın sözlərinə əsasən, bitkoindən istifadə "Tesla" şirkətinin ekoloji məqsədlərinə ziddir. O bildirib ki, mayninq prosesi ekoloji təmiz enerji mənbəyinə keçid edəndən sonra "Tesla" elektromobillərinin alışı zamanı bitkoin yenidən ödəniş vasitəsi kimi qəbul ediləcək.

Maskın bu tvitindən 15 dəqiqə sonra bitkoinin qiyməti 54.829$-dan 52.593$-a enib.

Beləliklə dünyanın ən məşhur kriptovalyutası 15 dəqiqə ərzində öz bazar dəyərinin 4%-ni itirib. Daha sonra onun qiyməti 50.800$-a düşüb.

Hazırda "Tesla" şirkəti daha az enerji sərfiyyatına sahib digər rəqəmsal aktivləri analiz edir. Mütəxəssislərin hesabatlarına əsasən, illik bitkoin mayninqinə sərf olunan enerji miqdarı Niderlandın enerji sərfiyyatına bərabərdir.

Bitkoin mayninqi öz arxasında böyük CO2 izi buraxır. Bu isə öz növbəsində ətraf mühitə mənfi təsir göstərir.

Bu cür hal "Tesla" şirkətinin daimi yaşıl enerji mənbələrindən istifadə konsepsiyasına uymur. Bundan əlavə olaraq, Maskı ən çox narahat edən hallardan biri də odur ki, hazırda enerji istehsalı üçün hələ də külli miqdarda kömürün yandırılması prosesindən istifadə olunur. Elon Mask bildirib ki, "Tesla" bir neçə müddət bundan öncə əldə etmiş olduğu 1.5 milyard dollar dəyərində bitkoinlərini hələ satmayacaq. Belə ki, kriptovalyuta mayninqi ekoloji təmiz enerjinin hesabına yerinə yetirilməlidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 688   Tarix: 13 may 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960