Ulu öndərin doğum günü Yevlaxda qeyd edildi

Ulu öndərin doğum günü Yevlaxda qeyd edildiAzərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü Yevlaxda qeyd edilmişdir.
İlk öncə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev və rayonun ictimaiyyətinin bir qrup nümayəndəsi Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoymuşlar.
Sonra Bəşir Səfəroğlu adına Xalq Teatrının binasında movcud karantin tələblərinə uyğun qaydada tədbir davam etdirilmişdir.
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev tədbirdə çıxış edərək bildirmişdir ki, ulu öndər Heydər Əliyev tarixi şəxsiyyət olmaqdan əlavə həm də tarix yaradan şəxsiyyət olmuşdur. Natiq vurğulamışdır ki, Sovetlər birliyi dövründə Heydər Əliyevin gərgin əməyi və böyük fədkarlıqları nəticəsində Azərbaycanda bütün sahələrdə müsbət dəyişikliklər əldə edildi, ölkə müasirləşdi və xalqımızın rifahı, yaşam səviyyəsi qat-qat artdı. Ulu öndərin quruculuq fəaliyyətinin Azərbaycanın bütün bölgələri kimi Yevlax rayonunda da özünü aydın göstərdiyini deyən Anar Tağıyev Heydər Əliyevin səyləri nəticəsində ötən əsrin 70-ci illərindən etibarən Yevlaxın bütün Qafqazın ən güclü sənaye mərkəzlərindən birinə çevrildiyini qeyd etmişdir.
Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişini xilaskarlıq missiyası kimi səciyyələndirən natiq bildirdi ki, dövlət və xalq böyük bəlalardan qurtuldu, Azərbaycan məhv olmaqdan xilas edildi: "Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Ancaq mən hesab edirəm ki, ulu öndərin digər şah əsəri həm də onun yaratdığı misilsiz və alternativsiz dövlətçilik məktəbi, mükəmməl siyasi irsdir. Ən əsası isə bu məktəbi, irsi daha böyük nailiyyətlərlə, yeni dünyanın müasir tələbləri ilə zənginləşdirib, daha da gücləndirən cənab İlham Əliyev şəxsiyyətidir".
Ali Baş Komandanın müzəffər Sərkərdəliyi ilə uzun illər ərzində davam edən münaqişənin 44 gün ərzində tam Zəfərlə yekunlaşdığını qeyd edən Anar Tağıyev vurğuladı ki, Prezident İlham Əliyevin azad edilmiş Qarabağda ucaltdığı müqəddəs bayrağımız həm şəhidlərimizin, həm də ulu öndərimizin ruhlarına ən böyük ehtiram abidələridir: "Bu gün cənab İlham Əliyevin liderliyi ilə Azərbaycan Qafqazın yeni təhlükəsizlik sistemini, müasir iqtisadi-siyasi inkişaf konfiqurasiyasını yaradır. Zəngəzur dəhlini həyata keçirməklə isə ulu öndərin daha bir vəsiyyətini reallaşdırmış olacaq".
Azərbaycanda bu gün əldə olunan böyük nailiyyətlər və qazanılan zəfərləri ulu öndərin əsasını qoyduğu təməllərin nəticəsi kimi dəyərləndirən İcra Hakimiyyətinin Başçısı bildirdi ki, Qarabağın dirçəlişi və quruculuğu prosesində ölkəmizin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında Heydər Əliyev Fondu da fəal iştirak edəcəkdir.
"ABŞ üçün Corc Vaşinqton, Türkiyə üçün Atatürk, Almaniya üçün Adenaur hansı tarixi missiya sahibirsə, Heydər Əliyev də Azərbaycan üçün daha artıq dəyərə sahibdir" - deyən Anar Tağıyevin fikrincə, ulu öndər həm qurucu lider, həm də Azərbaycanın inkişaf yoluna daim işıq salan mayakdır, Heydər Əliyev elə Azərbaycan deməkdir!"
Tədbirdə Ulu öndər H.Əliyevin həyat və fəaliyyəti haqqında film nümayiş etdirildi. Milli Məclisin deputatı İlham Məmmədov çıxış edərək bildirdi ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycanın tarixində müstəsna xidmətlərindən, müasir Azərbaycan Dövlətçilik ənənələrinin fromalaşmasındakı rolundan bəhs etdi.
Sonra Ulu öndər Heydər Əliyevin anadan olmasının 98–ci ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılmış, "Heydər Əliyev–98" intellektual bilik yarışmasının qaliblərinə kubok təqdim edilmişdir.
Tədbirin sonunda Yevlax rayon mədəniyyət işçiləri ədəbi–bədii kompozisiya ilə çıxış etmişlər.

Yevlax Şəhər İcra Hakimiyyəti

Ulu öndərin doğum günü Yevlaxda qeyd edildiUlu öndərin doğum günü Yevlaxda qeyd edildiUlu öndərin doğum günü Yevlaxda qeyd edildiUlu öndərin doğum günü Yevlaxda qeyd edildi


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 417   Tarix: 08 may 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Onların təhsilhaqqını dövlət ödəyəcək

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında"

13:19 0
.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

28.03.2024 114
.

Bu şəxslər üçün cəzalar sərtləşdirilir - 2500 AZN CƏRİMƏ OLUNACAQLAR

Fövqəladə vəziyyət rejiminin tələblərini pozan fiziki şəxslər üçün cəzalar sərtləşdirilir. BİG.AZ trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, gündəli

12:50 0
.

ABŞ Qəzzadakı soyqırımı qəbul etməyib

Amerika Birləşmiş Ştatları BMT-nin İsrailin Qəzzada soyqırım törətdiyinə dair hesabatını rədd edib. xəbər verir ki, ABŞ Dövlət Departamenti İsrailin soyqırım törətmədiyini iddia edib. Nazirliyin sözçüsü Metyu Miller, Tel-Əviv rəhbərliyinə dəstəyin davam etdiyini açıqlayıb. Birləşmiş Millətlər Təşkilatını

28.03.2024 127
.

Hacı Surxay Məmmədli: "Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir" - VİDEO

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. Bu il birinci Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, martın 29-dan 30-na keçən gecəyə təsadüf edir. Qədr gecəsi Ramazan ayının ən özəl günlərindən biridir. İçərişəhər "Cümə" məscidinin axundu Hacı Surxay Məmmədli deyir ki, Qədr gecəs

10:07 0
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28.03.2024 280
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

28.03.2024 208
.

Kraliça Kamilla rəsmi tədbirlərə qatılır

İngiltərə kralı Çarlz və şahzadə Keyt Midlton səhhətlərindəki problemlərə görə rəsmi tədbirlərdə iştirak edə bilmir. xəbər verir ki, onları kraliça Kamilla əvəz edərək tədbirə qatılıb. İngilitərə xalqı "Keytə sevgilərimizi göndər" yazılı qeydlər göndəriblər

28.03.2024 191
.

Ramiz Mehdiyevdən məhkəməyə verilməsi xəbərinə REAKSİYA

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması haqda xəbər yayılıb. Belə ki, yayılan xəbərdə Ramiz Mehdiyevin İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edildiyi, iş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərildiy

12:56 0