Zəvvarlar Həcc ziyarətinə bu halda gedə biləcəklər

Zəvvarlar Həcc ziyarətinə bu halda gedə biləcəklərMüsəlman zəvvarlar Məkkə və Mədinəyə Həcc ziyarətinə yalnız koronavirusdan tibbi sığorta olduğu halda gedə bilərlər.

BiG.AZ xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı hakimiyyəti qərarı qəbul edib.

Bildirilib ki, tibbi sığorta zəvvarın koronavirusa görə müalicəsini, onun xəstələndiyi zaman karantində olmasını, eləcə də fövqəladə hallarda onun öz ölkəsinə nəqlini əhatə etməlidir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı xaricdən gələn zəvvarlar üçün ötən il Həcc ziyarətini ləğv etmişdi./Axşam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 725   Tarix: 05 may 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş