Yarış keçirmək, cinayət törətmək, piyada öldürmək... - Övladlarına görə işdən qovulan məmurların SİYAHISI

Yarış keçirmək, cinayət törətmək, piyada öldürmək... - Övladlarına görə işdən qovulan məmurların SİYAHISIAzərbaycan mediasında müxtəlif dövrlərdə məmur övladlarının özbaşınalıqları və qanunsuz əməlləri ilə bağlı xəbərlər yayımlanıb. Onların bir çoxunun əməllərindən sonra ataları ya işlərindən azad olunub, ya da ciddi töhmətlər alıblar.

AZXEBER.COM qanunları heçə
sayaraq müxtəlif cinayətlər törədən və onların törətdikləri bu cinayətlərdən sonra dövrü mətbuatda məlumatları paylaşılan məmur övladlarının siyahısını tərtib edib. Həmin siyahını təqdim edirik:

Bu gün marketdə yeyinti məhsullarını yararsız hala salaraq mobil telefonuna çəkən və sonra bunu sosial şəbəkələrdə paylaşan şəxslərdən biri- Rüstəm Orucovun general Novruzəli Orucovun oğlu olduğu ortaya çıxıb. Bu hərəkətindən sonra o DİN əməkdaşları tərəfindən saxlanılaraq haqqında araşdırma başlanılıb.

Yarış keçirmək, cinayət törətmək, piyada öldürmək... - Övladlarına görə işdən qovulan məmurların SİYAHISIBundan başqa Rüstəm Orucov bir neçə il öncə də ölkə mətbuatının əsas gündəm mövzularından birinə çevrilmişdi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini vəzifəsində çalışan General Novruzəli Orucovun oğlu Rüstəm Orucov 2017-ci ildə BMW markalı 10 OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona irad bildirmiş sürücüyə qarşı xəsarətlər yetirərək xuliqanlıq etmişdi. Bir müddət sonra onun general atası tutduğu vəzifədən azad olunmuşdu.

Baş nazirin keçmiş müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev də törətdiyi əmələ görə ölkə gündəmini məşğul edən şəxslərdən biri idi.

1994-cü il təvəllüdlü Nail Allahverdiyev 2017-ci il avqustun 3-də idarə etdiyi "Gelandewagen" markalı avtomobillə qəza törətmişdi. Yüksək sürətlə hərəkət edib, başqa bir avtomobillə ötüşərkən qarşısındakı VAZ-21015 markalı maşını arxadan vurub, nəticədə idarəetməni itirən sürücü, avtomobili beton yolayrıcını o biri yola çıxıb, piyadalar Vaqif Əsədov, Türkiyə vətəndaşları Mutallib və Songül Tekiş cütlüyünü vurmuşdu. Daha sonra maşın binanın fasadına çırpılaraq yanmışdı.

Yarış keçirmək, cinayət törətmək, piyada öldürmək... - Övladlarına görə işdən qovulan məmurların SİYAHISIQəza nəticəsində piyada Vaqif Əsədov və avtomobildə N.Allahverdiyevin yanında olmuş Mehdi Əliyev dünyasını dəyişmişdi. Tekiş cütlüyü isə ağır xəsarət almışdı. Nail Allahverdiyev 2017-ci il avqustun 5-də Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 264-cü (hadisə yerindən qaçma) maddələrilə ittiham edilərək, həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi 264-cü maddə ilə ona bəraət verib, 263.3-cü maddə ilə 6 il həbs cəzası təyin edib. Daha sonra Bakı Apelyasiya Məhkəməsi 2018-ci il avqustun 2-də onun cəza müddətini 6 ildən 5 ilə endirmişdi. O vaxta qədər həbsdə saxlandığı 11 ay 27 günü də bu müddətdən çıxıb. Onun üzərində 4 il 3 gün azadlıqdan məhrumetmə cəzası saxlayıb.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi " QSC-nin keçmiş sədr müavini Mübariz Mədətov oğlu Xalid Mədətovun içkili vəziyyətdə "avtoşluq" edərkən törətdiyi ağır qəzadan sonra vəzifəsi ilə vidalaşmalı olmuşdu. Xalid Mədətovun səbəb olduğu qəzada xalq artisti Ağasəlim Abdullayevin xanımı və nəvəsi həlak oldu. Xalid Mədətova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il həbs cəzası verilmişdi. O, cəzasını 3 ilini çəkdikdən sonra azadlığa buraxıldı. "Xəzər Dəniz Gəmiçiliyi"nin sabiq sədr müaviniMübariz Mədətovisə 2018-ci ildə dünyasın dəyişib.

Yarış keçirmək, cinayət törətmək, piyada öldürmək... - Övladlarına görə işdən qovulan məmurların SİYAHISIÖvladının yol verdiyi nöqsana görə vəzifəsində azad olunan məmurlardan biri də sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur. Ötən ilin yanvar ayında oğlu Vüqar Ələkbərovla İsmayıllı sakinləri arasında yaranan insident sonrada həmin rayonda böyük etirazlara səbəb oldu.
Mətbuatda "İsmayıllı hadisələri" kimi işıqlandırılan bu hadisə zamanı eks nazirin oğluna məxsus "Çıraq" oteli və onun bir neçə bahal avtomobili yandırılıb. Nazirin həmin rayonun icra başçısı olan qardaşı Nizami Ələkbərov da bu hadisələrdən sonra tutduğu vəzifədən azad olundu.
Olaydan sonra 18 nəfər həbs olunub. Həbs olunanlar ictimai asayişi pozmaq, vətəndaşları kütləvi iğtişaşlara çağırmaq və hakimiyyət nümayəndələrinə zor işlətməkdə ittiham olunurlar.

General-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevda cinayət törətməkdə təqsirləndirilmişdi. O dövrdə mətbuatın yazdığı məlumatda, 10 aprel 2015-ci ildə Tamerlan Əsədullayev Bakının "Senator" restoranında insidentin yaşanmasına səbəb olmuşdu. Davada bir nəfər bıçaqlanaraq xəstəxanalıq olmuşdu. Hadisəni törədən Tamerlan Əsədullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, Yasamal rayon Məhkəməsinin müvafiq qərarı ilə barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilmişdi. Generalın oğlu Cinayət Məcəlləsinin 126.2.4 (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham olunurdu. Məhkəmənin qərarı ilə T. Əsədullayev 3 il şərti cəza almışdı. Sözügedən hadisənin video-görüntüləri o dövürdə bütün sosial şəbəkələrdə və mediada yayımlanmışdı. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun o zamankı müvafiq əmri ilə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Şərif Əsədullayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdi.

Dövlət Gömrük Komitəsinin Yevlax Gömrük İdarəsinin keçmiş rəisi Əliməmməd Həsənov

Avtoxuliqanlıqda təqsirləndirilərək inzibati qaydada həbs edilən polis əməkdaşının məmur atası da işdən çıxarılıb. Bir neçə ay öncə Zığ şossesində avtoxuliqanlıq edən polis əməkdaşı Tural Həsənovun atası, Dövlət Gömrük Komitəsinin Yevlax Gömrük İdarəsinin rəisi Əliməmməd Həsənov da övladının ictimai yerdə qaydaları kobudcasına pozduğuna, qanunlara hörmət etmədiyinə görə tutduğu vəzifədən azad edilib.

Belə ki, onun övladı T. Həsənov Zığ şossesində dostu ilə avtomobillə sürətlə yarışa çıxaraq dəfələrlə qəza vəziyyəti və bakılıların həyatı üçün real təhlükə yaradıb. Bundan sonra Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə T. Həsənov polis orqanlarından da xaric olunub.
Onun yarışdığı digər avtoxuliqan, dostu Rahib Abdulbağırov isə 15 sutkalıq həbs edilib.

Tərtər rayon icra başcısını keçmiş birinci müavini Vidadi Bəylərov

Övladının törətdiyi qəzaya görə işdən çıxarılanlardan biri də Tərtər rayon icra başcısını keçmiş birinci müavini Vidadi Bəylərov olub. Ötən il V. Bəylərovun yeniyetmə oğlu Elxan Bəylərlinin törətdiyi avtomabil qəzası nəticəsində bir nəfər ölüb. Bu fakta görə Tərtər rayon icra hakimiyyəti başçısının keçmiş birinci müavini Vidadi Bəylərov tutduğu vəzifədən azad olunub. Hadisəyə gəlincə, məmur oğlu başqa bir gənclə "qonkaya" çıxıb və "rəqib"ini sıxışdıraraq, yoldan çıxmağa məcbur edib.

Nəticədə isə həmin gənc idarəetməni itirərək yol kənarındakı kanala düşüb. Hadisə nəticəsində aldığı zədələrdən sonra həmin gənc dünyasını dəyişib.
Bir neçə müddət işsiz qalan Vidadi Bəylərova bu yaxınlarda yeni vəzifə verilib.

Tərtər rayonuna yeni icra başcısı təyin edilən Müstəqim Məmmədov tələbə yoldaşı Vidadi Bəylərovu Tərtər rayon Telekommunikasiya qovşağının rəisi təyin edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 859   Tarix: 05 may 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"31 Mart soyqırımı hadisəsi təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biridir"

"Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılalara qarşı həyata keçirdiyi soyqırımından 106 il ötür. Son iki əsrdə ermənilər Azərbaycan xalqına qarşı misli görünməmiş etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirmişlər. Bu siyasət nəticəsində xalqımız ağır məhrumiyyətlərə v

12:40 0
.

Fransa NATO-dan çıxacaq?

Fransanın Milli Birlik Partiyası Ukraynada münaqişə bitdikdən sonra ölkənin NATO-nun vahid komandanlığından çıxa biləcəyini ehtimal edir. Bu fikri Fransanın ifrat sağçı lideri Cordan Bardella səsləndirib. Siyasətçi qeyd edib ki, onun partiyası ölkədə 2027-ci ilə təyin edilmiş növbəti prezident seçkisind

13:58 0
.

Azərbaycanda bu qadınlar pensiyaya tez çıxa biləcək

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə məsələ Milli Məclisi

14:22 0
.

Hikmət Hacıyev: "Azərbaycan və Ermənistan sülhə yaxındır, buna nail olmağa çalışılır"

"Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin təəssüf ki, buna mane olurlar". "Report" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin "Phoenix"

16:40 0
.

Qəzzada ölənlərin sayı 32623 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı artıb. Bu barədə Fələstinin Qəzzadakı Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Kudra məlumat yayıb. Kudra bildirib ki, son 24 saat ərzində İsrail ordusunun Qəzza zolağın

13:26 0
.

"WhatsApp" istifadəçilərini sevindirəcək daha bir YENİLİK

"WhatsApp" messenceri istifadəçilərinə ünsiyyət qurmaq üçün yeni imkan tanıyacaq. Belə ki, mesajlaşma şəbəkəsi istifadəçinin yeni kontaktlarını müəyyənləşdirəcək və onlarla söhbətə başlamağı istifadəçiyə təklif edəcək. Bu barədə "WABetaInfo" portalı məlumat yayıb. Məlumata görə, "WhatsApp"

15:03 0
.

Bu şəxslər üçün cəzalar sərtləşdirilir - 2500 AZN CƏRİMƏ OLUNACAQLAR

Fövqəladə vəziyyət rejiminin tələblərini pozan fiziki şəxslər üçün cəzalar sərtləşdirilir. BİG.AZ trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, gündəli

12:50 0
.

Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Azərbaycanda kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq. "Report"un məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb. Layihəy

15:52 0
.

Yeni qanun hansı taksi sürücülərinə şamil olunacaq ?

Azərbaycanda bundan sonra taksi minik avtomobilləri ağ və yaxud qırmızı rənglərdə olacaq. Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"d

13:30 0