Vətəndaşlarımız Qarabağa nə zaman köçürüləcəklər? – AÇIQLAMA

Vətəndaşlarımız Qarabağa nə zaman köçürüləcəklər? – AÇIQLAMA44 günlük Vətən müharibəsindən sonra yayılan görüntülərdən təkcə bizə deyil bütün dünyaya məlum oldu ki, ermənilər torpaqlarımızı işğalda saxladığı 30 ilə yaxın müddətdə həmin ərzilərdə ağlasığmaz vəhşiliklər törədiblər. Ekoloji terrordan tutmuş milli mədəni abidələrimizin dağıdılmasına kimi.

Zaman-zaman "Qarabağ bizimdir" fikrinə özlərini inandıran ermənilər bu fikirlə dünyaya da car çəkirdilər. Bəs yaxşı erməni düşüncəsi ilə Qarabağ onların idisə niyə o torpaqlarda vandalizm aktı törədirdilər? Deməli uydurduqları yalana belə özləri də inanmamışdılar əslində.

BiG.AZ xəbər verir ki, məsələyə münasibət bildirən siyasi şərhçi Xəyal Bəşirov 7times.az saytına açıqlamasında bildirdi ki, Azərbaycan rəhbərliyinin yürütdüyü düzgün siyasət və ordumuzun şücaəti ilə torpaqlarımızın 44 günlük Vətən müharibəsində işğaldan azad edilməsi bir daha göstərdi ki, Ermənistanın böyük xalq yox, əslində mədəniyyətdən və sivilizasiyadan kənar bir təxəyyülə malik xalqdır.

"Qarabağ işğaldan azad edildikdən sonra qalib ölkənin rəhbəri, Müzəffər ordumuzun Ali Baş Komandanı İlham Əliyevin o torpaqlara səfər etməsi və ən xırda detalları belə Azərbaycan cəmiyyətinə və dünya ictimaiyyətinə çatdırılmasında əsas məqsəd o idi ki, erməni vandalları 30 ilə yaxın müddətdə təkcə təcavüzkarlıq və soyqırımı cinayəti törətməyiblər, eyni zamanda Azərnaycan torpaqlarına qarşı daha böyük cinayətlər törədiblər"

Bu məsələnin beynəlxalq hüquq müstəvisində müvafiq addımlar atılmaqla həllinə nail olacağımızı deyən Xəyal Bəşirov qeyd etdi ki, hazırda həmin ərazilərdə çox böyük böyük bərpa işləri aparılır.

"Bununla bağlı Azərbaycan dövlətinin rəsmi mövqeyi də bəllidir.Ölkə başçısı da dəfələrdə çıxışlarında qeyd edir ki, həmin o torpaqların bərpa olunmasına, o ərazilərdə yaşayan insanların uzun illərdən sonra həsrətində olduğu ata-baba yurdlarına köçürülməsi üçün əlimizdən gələni edəcəyik.Təbii ki, məlum pandemiya dünya iqdisadiyyatına böyük zərər vurdu. Amma buna rəğmən Azərbaycan 44 günlük müharibədən sonra artıq işğaldan azad olunmuş ərazilərdə böyük infrastruktur layihələrinin icrasına start verib.Hazırda bir neçə yolun bərpası ilə bağlı genişmiqyaslı işlər görülür.Prezident İlham Əliyevin iştirakı ilə İlk Elektrik Stansiyanın açılışı da baş tutub.

O ki, qaldı işğaldan azad olunmuş ərazilərə sakinlərin köçürülməsinə, müsahibim bildirdi ki, dövlətin bu istiqamətdə siyasəti də fərqlidir.

"Bu könüllük prinsipi əsasında reallaşacaq . Çünki Azərbaycan qanunvericiliyinə əsasən heç bir məcbutiyyət yoxdur. Əslində bu ən doğru addımdır ki, Ermənistan dünyaya car çəkməsin ki, Azərbaycan hakimiyyəti insanları Qarabağa məcburi şəkildə köçürür.Onu deyim ki, əsas məqsəd orada yaşayacaq insanların təhlükəsizliyinin təmin edilməsidir . Dövlət tərəfindən infrastrukturun bərpası, yeni iş yerlərinin açılması , insanların həyat şəraitinin yaxşılaşdırılması gətirib çıxaracaq fəaliyyət sahələrinin inkişafı istiqamətində atılacaq addımlar sakinlərin könüllü şəkildə həmin ərazilərə köçürülməsinə hesablanıb.Hətta ola bilər ki, heç Qarabağlı olmayan bir insan da işləmək məqsədilə ora köçsün"

Siyahi şərhçi əlavə etdi ki, torpaqlarımız erməni vandallarından təmizlənsə də, onların qalıqlarından , basdırdıqları minalardan tam təmizlənməyib.

Dövlət tərəfindən qarşıda duran əsas vəzifələrdən biri də məhz bu ərazilərin minalardan təmizlənməsidir.

"Müharibədən bir neçə ay sonra ora qanunsuz səyahət etməyə cəhd edən mülki şəxslərdən və hərbçilərimizdən həyatlarını itirənlər oldu. Ermənistan özünün nankor, təcavüzkar, işğalçılıq siyasətini bu gün də davam etdirir.Beynəlxalq hüququn bütün prinsiplərinə uyğun olaraq etməli olduğu işi etmir.Yəni həmin ərazilərdə basdırdığı minaların xəritəsini Azərbaycana təqdim etmir.Bunla bağlı Azərbaycan dövləti müxtəlif səviyyələrdə məsələ qaldırır.Bizim səsimizə səs verən dövlətlər də oldu. Bir neçə müddət əvvəl İtaliya parlamentində minalanmış ərazilərlə bağlı qətnamə qəbul olundu. Qətnaməyə əsasən Ermənistan dövləti minaladığı ərazilərlə bağlı xəritələri Azərbayacana təqdim etməlidir. Əks halda Ermənistana beynəlxaq səviyyədə təzyiq göstərilməlidir. Ümid edirik ki, digər dövlətlər də bu çağırışa qoşulacaq. Bu təkcə Azərbaycanın problemi deyil, bu bəşəriyyətin, insanlığın, problemidir.Bütün dövlətlər bununla bağlı vahid fikir sərgiləməlidirlər. Ancaq təəssüflər olsun ki, bəzi dövlətlər bu məsələdə səssizlik nümayiş etdirməklə, Ermənistana lazımi təsir göstərməkdən yayınırlar. Yaxşı olar ki, həmin xəritələr bizə təqdim olunsun . Bu gələcəkdə Azərbayacan-Ermənistan qonşuluq münasibətlərə də təsir göstərəcək.

Təxmini hesablamalar əsasən 1 milyard kvadrat metrə yaxın ərazilərin minalandığını deyən Xəyal Bəşirov bildirdi ki, bu ərazilərin minalardan təmizlənməsi prosesinə kifayət qədər mütəxəssis cəlb edilib.

"Bu məsələdə həmin ərazilərdə sülhməramlılıq missiyasını öhdəsinə götürən Rusiya da ciddi fəallıq göstərməlidir. Necə ki, 10 noyabr bəyanatının imzalanması, ardınca 11 yanvar bəyanatın imzalanmasında ciddi vasitəçilik göstərərək, birbaşa rəhbərliyi iştirak etdi.Hesab edirəm ki, Rusiya bu məsələdə Ermənistana ciddi təsir göstərməlidir. Çünki həmin ərazilərdə minaların olması həm də Rusiya sülhməramlılarının həyatını təhlükəyə atır.Rusiyanın məramı və məqsədi həmin ərazilərdə sülhün və təhlükəsizliyin təmin edilməsidirsə, deyim ki, minaların mövcud olduğu ərazilərdə sülhün və təhlükəsizliyin təminatından söhbət gedə bilməz"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1215   Tarix: 05 may 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Crocus City Hall"un bərpası neçə milyona başa gələcək? - Emin Ağalarov AÇIQLADI

"Crocus City Hall"ın konsert zalının yenidən tikintisi 150 milyon dollara (təxminən 255 milyon AZN) başa gələcək. Bunu "Crocus Group"un sahibi Araz Ağalarovun oğlu, "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov deyib. Onun sözlərinə görə, 15 il əvvəl kompleksi

16:01 0
.

Bayramda milyonlar qazanacaqlar

Türkiyəli sənətçilər Ramazan bayramında konsert proqramı ilə çıxış edəcəklər. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənnilərin musiqili gecədən alacağı qonorar bəlli olub. Müğənnilər Gülşən 10 milyon lirə, Ajda Pekkan 8.5 milyon lirə, Ebru Gündəş və Sibel Can 7 milyon lirə, Bülent Erso

27.03.2024 246
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

12:44 0
.

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər. xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı öz sosial şəbək

14:33 0
.

"Ermənistanın KTMT təlimlərdə iştirak etməyəcəyi gözlənilən idi" - Politoloq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu il "Rubej 2024" adlı birgə təlim də daxil olmaqla yeddi təlim keçirəcək.Bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov "Milli Müdafiə" jurnalına müsahibəsində deyib.Hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan

15:38 0
.

"Gürcüstan Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkədir"

"Bu gün Azərbaycan faydalı əməkdaşlığa əsaslanaraq qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub. Regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfda

16:28 0
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

16:45 0
.

İftar süfrəsi üçün dadlı reseptlər

İftar menyusunu təqdim edirik:. Pendirli əriştə şorbası. Ərzaqlar:. Süd - 2,5 st. Yumurta - 3 ədəd. Duru pendir - 3 st. Kərə yağı - 1 x Ət bulyonu. Duz zövqə görə. Un apardığı qədər. Soğan - 1 ədəd. Hazırlanması:. Süd, yumurta, 2 stəkan pendir və undan ibarət xəmir yoğur. Xəmirləri əriştə formasınd

17:16 0
.

Paşinyan Qarabağ separatçılarından imtina etdi: "Tanımırıq"

Ermənistan sürgündə olan heç bir "Dağlıq Qarabağ hökuməti"ni tanımır. Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin martın 28-də keçirilən iclasında bildirib. Onun sözlərinə görə, belə açıqlamalar Ermənistanın milli təhlükəsizliyini təhdi

12:47 0