Avtoqəzada ölüb ifası yarım qalan məşhurlar...

Avtoqəzada ölüb ifası yarım qalan məşhurlar...Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında müğənni Aslan Hüseynovun idarə etdiyi "BMW" markalı avtomobil qarşıda hərəkət edən "Kamaz" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində 53 yaşlı ifaçı həlak olub.

BiG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Aslan Hüseynovdan başqa da avtoqəza nəticəsində həlak olan məşhur şou-biznes nümayəndələri, incəsənət nümayəndələri olub.

Bənzərsiz səsə malik olmuş xanəndə Səxavət Məmmədov da avtoqəzada dünyasını dəyişib. Məşhur muğam ifaçısı Firuz Səxavətin qardaşı olan Səxavət Məmmədovun ölümünə səbəb olan qəza 1991-ci il sentyabrın 30-da Şirvan rayonu ərazisində baş verib. 37 yaşında dünyasını dəyişən xanəndənin qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırmaq mümkün olmamışdı. Ağdamın Abdal-Gülablı kəndindən olan ifaçının üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qalmışdı.

Avtoqəzada ölüb ifası yarım qalan məşhurlar...Tanınmış reper Hüseyn Dərya da avtoqəza nəticəsində ölən məşhurlardandır. Onun ölümünə səbəb olan qəza 2014-cü ilin martında qeydə alınıb. Bakının Xəzər rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı Hüseyn Dəryanın idarə etdiyi "Opel Astra" markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən "Kamaz" markalı maşına çırpılıb. Qəza nəticəsində kəllə-beyin travması alan reper, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. O, bir gün sonra yerləşdirildiyi xəstaxanada dünyasını dəyişib.

Avtoqəzada ölüb ifası yarım qalan məşhurlar..."Geri dön", "Sevgi qatarı" kimi mahnıları ilə tanınan müğənni Şəfa Hüseynova da avtoqəza nəticəsində həyatla erkən vidalaşıb. Onun ölümünə səbəb olan qəza 2005-ci ilin dekabrında baş verib. Maraqlıdır ki, Şəfanın içində olduğu avtomobil də "Kamaz"a çırpılıb. Saatlıdan Bakıda qayıdarkən baş verən qəza nəticəsində müğənninin anası vəfat edib, Şəfa isə üç gün komada qaldıqdan sonra dünyasını dəyişib. Qəzada yaralanan Şəfanın qardaşı Səxavət isə 46 gün komada qaldıqdan sonra ayılıb. Avtomobili idarə edən sürücü də qəza nəticəsində sağ qalıb.

Avtoqəzada ölüb ifası yarım qalan məşhurlar...Vaxtı ilə "Maşın gəlir, qabağa baxım, sağa baxım?..." qafiyəsini tutan meyxanaçı Bayram Kürdəxanlı da yol-nəqliyyat hadisəsi zamanı ölüb. Onun ölümünə səbəb olan qəza 2017-ci ilin avqustunda baş verib. Belə ki, meyxanaçı Kürdəxanı qəsəbəsində yolu keçərkən onu qəsəbə sakini Emin Fərhadovun idarə etdiyi "Peugeot" markalı avtomobil vurub. B.Kürdəxanılı ağır xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, 55 yaşlı söz xiridarının həyatını xilas etmək mümkün olmayıb.

Avtoqəzada ölüb ifası yarım qalan məşhurlar...Avtoqəza nəticəsində həlak olan digər meyxanaçı isə Nizami Rəmzidir. Meyxananı televiziya ekranlarına çıxaran ilk şəxs olmuş Nizami Rəmzinin ölümünə səbəb olan qəza 1997-ci ilin yanvarında baş verib. Söz xiridarı məclisə gedərkən dostu və meyxanaçı Kəbir Azəri ilə birgə yol qəzasında həlak olub. Ekspertizaya görə, içkili olan Nizami Rəmzi maşını sürərkən şəhərdən çıxan İkarusla toqquşaraq həlak olmuşdu. Bu zaman meyxanaçının 49 yaşı var idi.

Avtoqəzada ölüb ifası yarım qalan məşhurlar..."Yeni Ulduz-2" yarışmasında məşhurlaşan gənc müğənni Rəcəb Musayev də avtomobil qəzasında dünyasını dəyişib. Onun ölümünə səbəb olan qəza 2011-ci ilin yanvarında baş verib.

Avtoqəzada ölüb ifası yarım qalan məşhurlar...Belə ki, ifaçı həmin ilin yanvarın 8-i axşam saatlarında Kürdəxanaı-Ləhic bağları istiqamətində hərəkət edən zaman idarə etdiyi "Mercedes" markalı avtomobilini aşırıb. Yüksək sürətlə hərəkət edən avtomobil bir neçə dəfə çevrilib. Ağır xəsarətlə 3 saylı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Avtoqəzada ölüb ifası yarım qalan məşhurlar..."Yeni Ulduz" layihəsi nəticəsində tanınan müğənni Leyla Ağamalıyeva da avtoqəzada ölüb. Hadisə 2009-cu ilin avqustunda baş verib. Leyla da Rəcəb kimi idarə etdiyi "Chevrolet" markalı avtomobili aşırmışdı. Nəticədə Ukrayna vətəndaşı olan ifaçı hadisə yerində dünyasını dəyişmişdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4184   Tarix: 04 may 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Röya Ayxan Bakıda: Necə olur ki, o qapıya girdilər, bu qapıya yox...

Xalq artisti Röya Ayxan artıq Bakıya qayıdıb. BİG.AZ -a istinadla bildirir ki, müğənni bu barədə sosial şəbəkədə paylaşım edib. Röya Ayxan Moskvada baş verən terror hadisəsi ilə bağlı gördüklərini media nümayəndələri ilə bölüşüb. Müğənni hadisədən çox qorxduğunu, bir neçə saat, ümumiyyətlə, danışmadığın

24.03.2024 4908
.

Bu da Nadir Qafarzadənin HƏYAT YOLDAŞI - FOTO

Müğənni Nadir Qafarzadə sosial şəbəkədə yeni paylaşım edib. BİG.AZ xəbər verir ki, sənətçi instaqram hesabında yeni fotosunu yayımlayıb. Fotoda ifaçının yanında həyat yoldaşı Sevinc xanım və oğlu da yer alıb. Müğənninin fotosu sosial şəbəkə istifadəçiləri tərəfindən çox bəyənilib

24.03.2024 2209
.

Həmin roldan imtina etdi - Foto

"Yaban çiçekleri" serialının heyətində dəyişiklik edilib. Axşam.az xəbər verir ki, 2-ci bölümdən etibarən ekran işində "Gükhan"ı canlandıracağı planlaşdırılan aktyor Serhat Teoman layihədən imtina edib. Onun yerinə sözügedən obraza aktyor Yunus Narin həyat verəcək

24.03.2024 455
.

"Moskvadakı yaxınlarım üçün narahat idim"

Müğənnilər Sevil və Sevinc Səfərovalar Moskvada baş verən terror hadisəsi ilə bağlı paylaşım edib. OLAY yazır ki, onlar instaqram hesablarında bu sözləri paylaşıblar:. coskvada yaşananlar hər birimizi çox üzdü. Rəfiqələrim, yaxınlarım üçün narahat idim. Allah hər kəsə kömək olsun"

24.03.2024 445
.

"O qədər səhvlər etmişəm ki..."

"Mən səhv tutmağı sevmirəm. Səhvi olmayan insan natamamdır. O qədər səhvlər etmişəm. Bu gün onlar məni Aytən Səfərova edib". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova "Zarafat bir yana" verilişində deyib. O bildirib ki, efirdə hər zaman qadınları müdafiə edir: . "Hə

26.03.2024 546
.

Aparıcı "Niva" ilə Bakıdan Çinə gedir

Aparıcı Fərid Rəsul maraqlı bir addım atıb. Axşam.az xəbər verir ki, "Yenə adi günlərdən biri" adlı layihə edən Fərid "Niva" markalı maşınla Bakıdan Çinə yola düşüb. Fərid bundan əvvəl Avropadan İran vasitəsi ilə Çinə getməyi plnlaşdırıb. Amma İran sərhəddində onu buraxmadıqları üçü

25.03.2024 802
.

Aygün Bəylərin məzarından yeni görüntülər - VİDEO

Əməkdar artist Aygün Bəylərin məzarından yeni görüntülər yayılıb. xəbər verir ki, onun məzarı bir gənc tərəfindən təmizlənərək, səliqəyə salınıb. Paylaşıma "Aygün Bəylər, səni də unutmadıq" şərhi yazılıb. Muğam ifaçısı yanvarın 6-da Ankarada müalicə aldığı xəstəxanada vəfat edib. O, uzun müddə

24.03.2024 960
.

Özündən 23 yaş böyük xanımından danışdı

Yeni çəkiləcək "Ceyms Bond" filmi ilə gündəmə gələn aktyor Aaron Teylor-Conson özündən 23 yaş böyük qadınla evlənmə səbəbini açıqlayıb. OLAY yazır ki, 33 yaşlı aktyor yaşıdlarından tez böyüdüyünü dilə gətirərək bu addımı atdığını deyib:. "Çox insanın 20 yaşlarında etdiyini mən 13 yaşınd

24.03.2024 336
.

"Seriallarımız cılızdır, çəkilmirəm"

Xalq artisti Firəngiz Mütəllimova serialları tənqid edib. Axşam.az xəbər verir ki, aktrisa bu haqda "Danışır radio" proqramında deyib. O bildirib ki, seriallaraçəkilmir:. "Bəzən mənə də iradlar olurdu. Söyləyirdilər ki, biz səni filan tamaşada və ya serialda görmək istəmirik. Mən bun

27.03.2024 244