Arif Quliyevin vəziyyəti pisləşdi - Həkimindən AÇIQLAMA

Arif Quliyevin vəziyyəti pisləşdi - Həkimindən AÇIQLAMA"Təəssüf ki, Xalq artisti Arif Quliyevin vəziyyəti pisləşib".

Bunu Oxu.Az-a açıqlamasında "Yeni klinika"nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov bildirib.

Onun sözlərinə görə, koronavirusun beyin əlamətləri də olur və beyin damarlarında zədə yarada bilir:

"Hazırda Xalq artistində bundan şübhələnirik. Bu gün bu istiqamətdə müayinələr aparacağıq. Dünən xəstəni oyandırmağa çalışırdıq, amma beyinin oyanması istədiyimiz səviyyədə deyil. Hazırda A.Quliyevin vəziyyəti kritikdir".

Qeyd edək ki, A.Quliyev bir müddət əvvəl yeni növ koronavirusa (COVID-19) yoluxub. O, "Yeni klinika"nın reanimasiya və intensiv terapiya şöbəsinə qəbul edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3111   Tarix: 04 may 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş