8 və 16 mayda ictimai nəqliyyat işləyəcək?

8 və 16 mayda ictimai nəqliyyat işləyəcək?Bakı Nəqliyyat Agentliyi 8 və 16 may tarixlərində avtobusların fəaliyyət göstərib-göstərməyəcəyinə aydınlıq gətirib.

BiG.AZ xəbər verir ki, bu haqda BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev APA-ya açıqlamasında deyib. O bildirib ki, Nazirlər Kabinetinin 19 aprel tarixli qərarına əsasən, 8 və 16 may rəsmi iş günləri hesab edilir.

Rəsmi iş günləri sayıldığına görə həmin tarixlərdə ictimai nəqliyyat fəaliyyət göstərəcək.

Qeyd edək ki, mayın 9-u saat 00.00-dan mayın 16-sı saat 06.00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2109   Tarix: 04 may 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş