Azərbaycanda boşanmış ər-arvad "Facebook"da yenidən tanış oldular

Azərbaycanda boşanmış ər-arvad "Facebook"da yenidən tanış oldularAzərbaycanda "Facebook" sosial şəbəkəsində maraqlı hadisə yaşanıb.

BiG.AZ xəbər verir ki, boşanmış ər-arvad saxta profillə qrupların birində yenidən tanış olublar. Bu barədə tanınmış vəkil Aqil Layıc həmin qrupda məlumat paylaşıb: "Ər-arvad boşanmışdılar. Hər ikisi də feyk profillər ilə qrupda gecə - gündüz hüquqi suallar yazırdılar və məsləhət alırdılar. Amma bir-birini tanımırlar. Yenidən feyk profil ilə tanış olurlar və adlarını hər ikisi səhv deyir. Xanım keçmiş ərinin narkoman olduğunu, oğlan isə keçmiş arvadının fahişə olduğunu qeyd edir. Münasibətlər irəliləyir və istiləşir. Hər ikisi mələk kimi davranır. Nəticədə bir-birinə nömrə verdikdə bəlli olur ki, bunlar elə söydükləri keçmiş ər-arvad özləri imiş. Söhbət böyüyür və bir-birinin nəsli haqqında yenidən tanışlıq ərəfəsində işlətdikəri pis sözlərə görə real dava düşür.

Hər ikisi mənə şikayət edib, digərinin qrupdan çıxarılmasını xahiş etmişdi. Hər ikisi də iddia edirdi ki, o, qrupa layiq deyil"./Lent.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1876   Tarix: 04 may 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş