Bu ölkədə yeməyini sona qədər yeməyənlər cərimələnəcək

Bu ölkədə yeməyini sona qədər yeməyənlər cərimələnəcəkÇində ərzaq israfına qarşı mübarizə üçün qanun qəbul edilib. Belə ki, ictimai iaşə obyektlərinin müştəriləri boşqablarında yeyilməyən yeməklərə görə cərimələnəcək.

BiG.AZ Oxu.az-a istinadən bildirir ki, bu barədə "Sinxua" xəbər yayıb.

Cərimənin miqdarı və hansı şəraitdə veriləcəyi hələ açıqlanmayıb.

Qanun Çinin saxlama, daşınma və emal mərhələlərində hər il təxminən 35 milyard kiloqram taxıl itirməsi və şəhərlərdə hər gün 50 ton qida tullantıları istehsal etməsi səbəbindən qəbul edilib.

Bildirilir ki, bir neçə aylıq tullantı ilə bütün Çini doyurmaq olar.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 633   Tarix: 03 may 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş