Pandemiya nə zaman bitəcək - Alimlər nə deyir?

Pandemiya nə zaman bitəcək - Alimlər nə deyir?Əksər mütəxəssislərin fikrincə, planetin heç bir köşəsindən yan keçməyən pandemiyanın bitməsinə hələ çox var. Yeni növ koronavirus sürətlə mutasiya edir və bunun üçün qurulmuş tələlərdən qaçmağa çalışır. Bu gün təcavüzkar virus üzərində qələbəyə dair bütün ümidlər yalnız vaksinasiya və xəstələnmiş insanlar sayəsində meydana gələn kollektiv immunitetin formalaşması üzərində köklənib.

Ancaq mütəxəssislərə görə, yaxın gələcəkdə COVID-19 ilə effektiv mübarizə aparmağa qadir olan bir dərmanın sürətli inkişafına inanmağa dəyməz. Onu yaratmaq beş ildən on ilə qədər davam edə bilər.

BiG.AZ publika.az-a istinadən rusiyalı mütəxəssislərin pandemiya mövzusundakı yeni rəylərini təqdim edir:

Əlçatmaz qələbə

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) proqnozuna görə, 2022-ci ildə koronavirus pandemiyasının sona çatması istisna edilmir. ÜST-nin Avropa Regional Bürosunun rəhbəri Hans Klugenin qənaətincə, bu, təhlükəli virusun birdən-birə yox olacağı və ya dünyaya yayılmasının dayanacağı anlamına gəlmir, ancaq qapanma və digər məhdudiyyətlərə nəhayət ki, ciddi ehtiyac qalmayacaq.

Yeri gəlmişkən, sui-qəsd nəzəriyyəçiləri tərəfindən süni şəkildə COVID-19 yaratmaqda günahlandırılan milyarder Bill Qeyts də 2022-ci ilə ümid bəsləyir. Qeytsin fikrincə, pandemiya üzərində qələbəni yaradılmış peyvəndlərin baha olması ciddi şəkildə əngəlləyir, bu səbəbdən bu günə qədər yalnız zəngin ölkələrin onları dünya bazarında almağa gücü çatır.

15 saylı Moskva Şəhər Klinik Xəstəxanasının baş həkimi Valeri Veçerkonun sözlərinə görə, vaksinasiya işlərinin sürətli getdiyi ölkələrdə nikbin ssenari üzrə pandemiya tezliklə sona çatacaq və COVID-19-dan sonra əlavə tədqiqatların aparılması xüsusilə tələb olunacaq. "İkinci ssenari pandemiyanın davam etməsidir", - baş həkim bildirib.

Bu proqnozla peyvəndlənməni təxirə salmaq özünüzü əlavə risk altına almaq deməkdir. Rusiyalı terapevt İqor Karyaçkin xatırladır ki, mümkün əks göstərişləri görməzlikdən gəlmək olmaz.

"Bir şəxs COVID-19-dan vaksin olmağa qərar veribsə, vaksindən əvvəl özünü ən azından soyuqdəymədən və xroniki xəstəliklərin şiddətlənməsindən qorumalı olduğunu başa düşməlidir. Peyvənddən iki həftə əvvəl diqqətli rejim tövsiyə edirik - izdihamlı yerlərdən çəkinin və interferon induktorlarının antiviral dərmanlarını qəbul etməyə başlayın.

İnterferon hər hansı infeksiyaya qarşı immunitet reaksiyasında bir addımdır. Bu səbəbdən, məsələn, "Kagochel" kimi bir dərman vücudun peyvənd profilaktikası üçün hazırlanmasına və digər hər hansı viral infeksiyadan qurtulmasına kömək edəcək", - ekspert qeyd edib.

Virusa yoluxanlar vaksinasiya olunmalıdırmı?

Bir qrup amerikalı epidemioloqun fikrincə, koronavirusa yoluxanlara peyvənd etmək lazımdır, bədənin digər ştammlardan qorunma ehtimalı yüksək olan sabit immuniteti inkişaf etdirmək üçün yalnız bir doza kifayət edəcək. Bu baxış bir sıra rus alimləri tərəfindən də dəstəklənir.

Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Mərkəzi Epidemiologiya Elmi Tədqiqat İnstitutunun direktor müavini Aleksandr Qorelov asimptomatik və ya aşağı simptomatik gedişi olan xəstələrin 18 faizində ümumiyyətlə antikor istehsal edilmədiyini deyib.

Rusiya Milli Tədqiqat Tibb Universitetinin dosenti İvan Konovalovun sözlərinə görə, peyvənddən sonra antikorların konsentrasiyası xəstəlikdən sonra daha yüksək olur. Xüsusən də xəstəliyi yüngül keçirənlərdə antikor səviyyəsi olduqca aşağıdır. "İnfeksiyadan sonra yaranmış antikorlar peyvənddən fərqli olaraq həmişə virusu neytrallaşdırmaz", - alim bildirib.

ÜST mütəxəssislərinin tövsiyələrinə görə, ən yaxşı seçim yoluxmadan təxminən altı ay sonra vaksin vurdurmaqdır. İlk altı ay ərzində təkrar infeksiyalar olduqca nadirdir. Alman epidemioloqları bu baxımdan həmfikirdirlər.

"Koronavirus sürətlə mutasiyaya uğrayarsa, tez reaksiya verəcəyik. Dərman və istehsal texnologiyası üçün bir platforma hazırladıq. Bu səbəbdən peyvəndin tərkibi leqo dizayn kimi asanlıqla dəyişdirilə bilər", - Aleksandr Qorelov qeyd edib.

COVID-19-dan sonra ən çox görülən fəsadlar hansılardır?

Rusiya Səhiyyə Nazirliyinin tibbi reabilitasiya üzrə baş mütəxəssisi Qalina İvanova COVID-19-un ən çox görülən nəticələrini belə izah edib:

"Onları ən azı dörd qrupa bölmək olar. Birinci qrup hipoksiya, sinə ağrısı, ürək ağrısı, ritm pozğunluqları və s. kardiorespiratuar xəstəliklərdir. İkinci yerdə koronavirusun nevroloji təzahürləri var.

Baş ağrısı, həssaslıq, qoxunun pozulması, dad pozğunluğu, iflic, müxtəlif şiddətdə zehni zəiflik, narahatlıq və depressiya müşahidə olunur. Bundan başqa, koronavirusun ilk günlərindən bir çox xəstənin əzələ-skelet sistemində ağrılar müşahidə olunur. Dördüncü qrup qidalanma və metabolik problemlərdir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2428   Tarix: 28 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Boypik - Boy inkişafı üçün məcun

Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v

30.08.2021 2311
.

Dünyanın ən məşhur dietoloqlarının tarixə düşən pəhrizləri

Məşhur dietoloq Pol Breq deyirdi ki, ömrü uzatmağın ən yaxşı yolu onu qısaltmamaqdır. O, hesab edirdi ki, ömrü qısaldan və xəstəliklərin yaranmasına səbəb olan başlıca amil qeyri-sağlam qidalanmadır. -a istinadən bu yazıda oxucuları dünyanın populyar dietoloqlarının pəhrizləri ilə tanış edir. Anri Şeno

20.08.2021 1329
.

COVID-19-u öldürən maska

Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska ​​hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi

31.08.2021 1798
.

Həddən artıq arıq olmaqdan bezmisiniz?

Samyun Wan məhsul haqqında. 1 kurs üçün 4 kiloqramdan 8 kiloqrama qədər çəki əldə edəcəksiniz. 100% zəmanətli nəticə. Samyun wan İndoneziyadan 100% orijinal kapsul. İştaha, metabolizmaya və kilo almağa dərhal təsir edir. Əlavə olaraq, bu kapsulaların bir çox faydalı xüsusiyyətləri və istifadə edilməsini

08.09.2021 1767
.

Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır

Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa

23.08.2021 1865
.

"Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM

Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdiric

22.08.2021 1038
.

Bu qidalar yaddaş itkisinə səbəb olur - Araşdırma

Yağlı və şəkərli qidalar beyin hüceyrələrinə ciddi ziyan vurur. Bu qidalar yaddaş itkisinə və düşünmə qabiliyyətində zəifliyə səbəb olur. -a istinadən xəbər verir ki, mütəxəssislər bu barədə xüsusi xəbərdarlıq ediblər. Qidalanmanın sağlam olmaması birbaşa nevroloji təsirlərlə də özünü göstərir. Beyi

23.08.2021 1483
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454
.

Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?

"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər

27.08.2021 1409