Bakıda polisdən vaksin əməliyyatı: Baş həkimlər saxlanıldı

Bakıda polisdən vaksin əməliyyatı: Baş həkimlər saxlanıldıBakıda fəaliyyət göstərən bir neçə poliklinikada hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əməliyyat keçirilib.

Bakupost.az xəbər verir ki, əməliyyat nəticəsində baş həkimlər və həkimlər saxlanılıb.

Onlar COVID-19 əleyhinə peyvəndin vurulmasıyla bağlı saxta arayışların verilməsində şübhəli bilinirlər.

Saxlanılanlar arasında yüksək vəzifəli şəxslərin qohumlarının da olduğu bildirilir.

Qeyd edək ki, bu gün vaksinasiya prosesində yol verdiyi nöqsanlara görə 2 nəfər işdən çıxarılıb. Hadisə ilə bağlı yayılan videodan aydın görünür ki, Bakı şəhəri üzrə 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında çalışan tibb bacısı vətəndaşa peyvənd vurmur, digəri isə saxta sənəd yazır.

Artıq həmin həkimlərin əmək müqavilələrinə xitam verilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2035   Tarix: 22 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş