"Pandemiyada pis vərdişlərimdən xilas oldum" - Emin

"Pandemiyada pis vərdişlərimdən xilas oldum" - EminXalq artisti Emin Ağalarov yenidən Rusiyanın birinci kanalında yayımlanan "Вечерний Ургант" proqramının qonağı olub.

BiG.AZ xəbər verir ki, müğənni pandemiyadan, vaksin vurdurmaqdan bəhs edib. O bildirib ki, artıq normal həyata qayıtmaq yaxınlaşıb:

"Koronavirusa qalib gəldim, hər şey geridə qaldı. Bir il əvvəl qarşıda bizi nəyin gözlədiyi məlum deyildi. İndi hamı peyvənd etdirdikdən sonra başa düşdük ki, sağalacağıq".

Emin bildirib ki, artıq biznesi də yoluna düşməkdədir. O, restoranlarının, idman zalının, konsert zalının, kinoteatrının açıldığını söyləyib:

"İndi hər şey işləyir. İş pisdir, amma açılması xoşbəxtlikdir".

Müğənni pandemiya ərəfəsində pis vərdişlərindən xilas olduğunu etiraf edib:

"Pandemiya ərəfəsində çəkə biləcəyim hər şeyi çəkdim: siqaret, qəlyan, elektron siqaret. İndi hamısından xilas olmuşam. Bu, çətin idi, əsəbi olurdum. Amma indi mülayiməm".

Sənətçi pandemiya ərəfəsində övladları ilə Dubayda dincəlməsindən də danışıb:

"Çox yaxşı dincəldik. Uşaqlar razı və xoşbəxt idilər. Ən böyük xoşbəxtlik sən övladlarınlasan və heç nə etmirsən".

Ağalarov ilk dəfə Rusiyada keçiriləcək "Jara" beynəlxalq mahnı müsabiqəsindən danışıb. O bildirib ki, tədbirdə çıxış edəcək 250 sənətçi artıq təsdiqlənib. 50 sənət adamının isə qatılması üçün danışıqlar aparılır.

"Bütün sənətçilər adi deyil, hamısı ilə dil tapmaq lazımdır. Bəziləri deyir: "Ondan sonra mən çıxmayacam". Cavab verirəm ki, ya gələn il qatılacaqsan, ya da bir gün sonra çıxış edəcəksən" deyə, ifaçı əlavə edib.

Emin festivalın yenidən Bakıda keçirilib-keçirilməyəcəyindən də bəhs edib. "Düşünürəm ki, hə. Moskvada festivalın keçirilməsinə qərar vermək asan deyildi. Amma anladıq ki, dünyanın hər bir nöqtəsində keçirə bilərik. Növbəti il harada olacaq deyə bilmərəm" deyə, Emin cavab verib./Axşam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1654   Tarix: 22 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693