"Birinci dəfə toya gedirdim..." - Gülay Zeynallı yaşadığı çətinliklərdən danışdı

"Birinci dəfə toya gedirdim..." - Gülay Zeynallı yaşadığı çətinliklərdən danışdıMüğənni Gülay Zeynallı "Günün sədası" verlişində qonaq olarkən sənət yolunun başlanğıcından danışıb.

BiG.AZ sherg.az-a istinadən xəbər verir ki, sənətçi ilk dəfə 11 yaşında dövlət tədbiri üçün Fransaya getdiyini söyləyib:

"Sonra işləməyə başladım. Bülbül adına orta ixtisas musiqi məktəbində 8-ci sinifdə oxuyurdum. Birinci dəfə toya gedirdim, gecikdiyim üçün axırıncı dərsdən qaçdım. Məktəbin pilləkənləri də köhnə idi, ona görə oradan üzü aşağı yıxıldım. Toya çatanda gördüm ayağım qanayır. Həmin şənlikdən o zamanın pulu ilə 4 şirvan qonorar aldım. Mən pulumu həmişə ailəm üçün xərcləmişəm. Anam toylara mənimlə gəlirdi. Stabil qiymət 4 şirvan idi, artıq qazananda anamla evə taksi ilə qayıdırdıq. Olmayanda isə dayanacaqda avtobus gözləyirdik. İnsan hər gününə şükür etməlidir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 8265   Tarix: 21 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş