Məktəblini ehtiyatsızlıqdan güllələyib öldürən fermer danışdı: "Başsağlığına gedəcəyəm" - VİDEO

Məktəblini ehtiyatsızlıqdan güllələyib öldürən fermer danışdı: "Başsağlığına gedəcəyəm" - VİDEOBir həftə əvvəl - aprelin 15-də Abşeron rayonu, Məmmədli (Məhəmmədi) kəndində yaşayan 13 yaşlı Nəbiyev Nihad Nicat oğlunun ehtiyatsızlıqdan öldürülməsi xəbəri eşidənləri sarsıtdı. Yeri gəlmişkən hadisə aprelin 7-də baş verib, Nihad Nəbiyev hadisədən 8 gün sonra - aprelin 15-də 3 saylı şəhər klinik xəstəxanasında vəfat edib.

"Report"un əməkdaşları hadisənin baş verdiyi kəndə gedərək faciənin təfərrüatını öyrənib.

Məlum olub ki, Nəbiyevlər ailəsi hazırda evdə deyil. Onlar doğma Tovuz rayonuna mərhum Nihad Nəbiyevin yasını keçirtmək üçün gediblər.

Qonşulardan öyrənirik ki, Nihad üçuşaqlı ailənin böyük oğludur. O, Abşeron rayonu, Məmmədli kənd tam orta məktəbin 6-cı sinif şagirdi imiş.

Hadisəni ehtiyatsızlıqdan törətmiş, hazırda polis nəzarətində olan (o, həbsdə deyil- "Report") mərhumun həmkəndlisi, 63 yaşlı Sücəddin Rzayev isə evdə idi. O, kamera qarşısında danışmaq istəməsə də, hadisə ilə bağlı detallı məlumat verdi.

Məktəblini ehtiyatsızlıqdan güllələyib öldürən fermer danışdı: "Başsağlığına gedəcəyəm" - VİDEOKiçik fermer təsərrüfatı olan Rzayevin sözlərinə görə, Məmmədli kəndində sahibsiz küçə itləri çoxdur:

"Üzüm bağımıza ziyan vurmasınlar deyə ərazidə ov tüfəngi ilə atəş açdım. Daha sonra kolların arasından bir nəfərin yerə yıxıldığını gördüm. O, kolluqda gizlənib siqaret çəkirmiş. Yaxınlaşdım gördüm ki, bu, Nihaddır. O, yerdə idi..."

Hadisədən son dərəcə peşmançılıq keçirərək sarsılan S.Rzayev deyir Nihadın ailəsi ondan şikayətçi olmayıb:

"Ailəsini tanıyıram, atası Nicat dostumdur. Uşaq gözlərimin qabağında böyüyüyüb... Sabah Nihadın yeddi mərasimidir. Tovuza başsağlığına gedəcəyəm".

Məktəblini ehtiyatsızlıqdan güllələyib öldürən fermer danışdı: "Başsağlığına gedəcəyəm" - VİDEOQeyd edək ki, Abşeron Rayon Prokurorluğunun yaydığı məlumata görə, 1958-ci il təvəllüdlü Rzayev Sücəddin Abusət oğlunun özünə məxsus ov tüfəngi ilə kənd ərazisində sahibsiz itləri vurarkən ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşdən Nahid Nəbiyevin baş nahiyəsindən xəsarət almasına və aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr yaranıb. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Sücəddin Rzayev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1600   Tarix: 21 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bu gün ilk Qədr gecəsidir

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. İlk Qədr gecəsi Ramazan ayının 18-ci gününə təsadüf edir. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev APA-ya açıqlamasında bildirib ki, İdarənin Şamaxı Astrofizika Rəsədxanasından əldə etdiyi təqvimə əsasən, martın 28-dən 29-na keçən gec

11:03 0
.

Ağalarovlar terror aktında zərərçəkənlərə kömək üçün 100 milyon rubl ayırdılar

Araz və Emin Ağalarovlar Moskvada "Crocus City Hall"da törədilən terror aktında zərərçəkənlərə kömək üçün 100 milyon rubl ayırıblar. Konsert zalının adını daşıyan Müslüm Maqomayev Fondunun vəsaiti də yardım üçün istifadə olunacaq. Qeyd edək ki, "Crocus City Hall"un konsert zalınd

27.03.2024 319
.

Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxsi vəfat edib

Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxsi vəfat edib. xəbər verir ki, Nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Fizioterapiya üzrə elmi şöbəsinin müdiri İlham Qasımov vəfat edib. Onun hansı səbəbdən vəfat ediyi məlum deyil

27.03.2024 330
.

İran prezidenti: "Qəzzada baş verənlər ABŞ və Qərb üçün utancvericidir"

İran prezidenti Rəisi Tehranda olan Həmas Siyasi Bürosunun sədri İsmayıl Haniyəni qəbul edib. xəbər verir ki, görüşdə Rəisi Qəzza xalqının müqaviməti ilə Fələstin məsələsinin İslam dünyasının hüdudlarından kənara çıxdığını və bütün dünya xalqlarının probleminə çevrildiyini bildirib. "Qəzzada ba

27.03.2024 202
.

Sabiq milli təhlükəsizlik naziri VƏFAT ETDİ

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat etdi. xəbər verir ki, 79 yaşlı Namiq Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib. Nazir postundan azad edildikdə

27.03.2024 386
.

Ağalarovun "Crocus City Hall" konsert zalı bankda girov imiş - Yeni DETALLAR

Rusiyanın Moskva vilayətində 22 martda terror aktı nəticəsində bir hissəsi yanmış "Crocus City Hall" konsert zalının bankda girov qoyulduğu məlum olub. Rusiya Daşınmaz Əmlakın Vahid Dövlət Reyestrindən çıxarışa əsasən əmlak "Qazprombank"da kredit müqabilində girov qoyulub. Belə ki

27.03.2024 467
.

Paşinyan Qarabağ separatçılarından imtina etdi: "Tanımırıq"

Ermənistan sürgündə olan heç bir "Dağlıq Qarabağ hökuməti"ni tanımır. Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin martın 28-də keçirilən iclasında bildirib. Onun sözlərinə görə, belə açıqlamalar Ermənistanın milli təhlükəsizliyini təhdi

12:47 0
.

İnsult keçirən Əməkdar artist xəstəxanadan evə buraxıldı

Əməkdar artist Kifayət Gəncəli müalicə aldığı xəstəxanadan evə buraxılıb. Bu barədə "Report"a Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib. O bildirib ki, K.Gəncəli xəstəxanaya yerləşdirildikdən sonra ona işemik insult diaqnozu qoyulub:. "O, səhhəti yaxşılaşdığında

27.03.2024 300
.

Middlton təkcə xərçəng xəstəsi deyil: Uels şahzadəsi daha nələri gizlədir?

Son zamanlar ən çox müzakirə edilən mövzulardan biri Keyt Middltonun sağlamlıq vəziyyətidir. xarici mətbuata istinadən xəbər verir ki, üç ay əvvəl ona xərçəng diaqnozu qoyulub. Şahzadə Uilyamın həyat yoldaşı hazırda kimyaterapiya alır. Keyt hansı növ xərçəngə tutulduğunu demir.Ancaq onun gizlətdiyi yegan

27.03.2024 443