Ağadadaş Ağayev əməliyyat olundu: "Həyatda qalmaq üçün mübarizə aparır"

Ağadadaş Ağayev əməliyyat olundu: "Həyatda qalmaq üçün mübarizə aparır"Xərçəngdən əziyyət çəkən Xalq artisti Ağadadaş Ağayev bu gün Türkiyədə əməliyyat olunub.

BiG.AZ xəbər verir ki, bu haqda aparıcı Hacı Nuran Hüseynov məlumat yayıb. O bildirib ki, müğənni bir müddətdir onkoloji xəstəliklə mübarizə aparır.

"Eşitdiyimə inanmaq istəmədim, amma Ağadadaş Ağayevin xərçəng xəstəsi olması və Türkiyədə müalicə alması həqiqət imiş. Müğənni həyatda qalmaq üçün mübarizə aparır. Bu gün əməmliyyat olundu. Xəstəlik ona əziyyət versə də, bu haqda heç kimə bildirməyib" deyə, Hacı Nuran paylaşımında yazıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 6744   Tarix: 21 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş