Buxağı həyatını xilas etdi - VİDEO

Buxağı həyatını xilas etdi - VİDEORusiyanın Barnaul şəhərində taksi sürücüsü hücuma məruz qalıb, onun boğazı kəsilib. Lakin kişinin kök olması, daha doğrusu buxağı onun həyatını xilas edib.

BiG.AZ Oxu.az-a istinadən bildirir ki, bu barədə 360 TV xəbər yayıb.

Məlumata görə, sərnişinlər səfər zamanı adekvat və şən olublar, yol boyu sürücü Mixail Tolstıx ilə söhbət ediblər. Lakin yolun sonuna yaxın onlardan biri sürücüyə hücum çəkib.

"Bıçağı boğazıma dirədi. Dedi ki, soyuğu hiss edirsən? Mən hətta boğazımın kəsildiyini anlamadım", - deyə M.Tolstıx bildirib.

Əvvəlcə hadisə yerinə yol polisi gəlib, onlar ilkin tibbi yardım göstəriblər. Sonra təcili tibbi yardım briqadası gəlib.

"Həkimlər delilər ki, yaxşı ki köksən. Tikdilər və bitdi. İndi hər şey qaydasındadır. Təcili Tibbi yardımdakı qızlar sağ olsun", - deyə Tolstıx bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1145   Tarix: 21 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş