"Məni savadsız kütlənin qarğışına, söyüşünə tuş etdiniz"

"Məni savadsız kütlənin qarğışına, söyüşünə tuş etdiniz""Kütlə", o qədər cahilsiniz ki, dilimizi rəzilliyə apardığınız kimi, mənasını da başa düşməkdə çətinlik çəkirsiniz. Birinci deyil, onuncu deyil, heç yüzüncü də deyil ki, bu kimi çirkab kampaniyalardan alnım açıq çıxmışam. Bir şey tapmadız yazmağa? İndi də Allahın qibləsini tanımayan məni 80 yaşımda "Allahsızlıqda" günahlandırır. Yaradanlarla Allahlar (Şiva, Zevs, Ra, Məzda...) arasındakı fərqi görmürsünüzsə, bu sizin savadsızlığınızdır".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova sosial şəbəkədə yazıb. Müğənni haqqında yazılan "Allahın məni cəzalandırmağa ixtiyarı yoxdur" yazısına və ünvanına deyilən tənqidlərə münasibət bildirib:

"Bir tikə çörək üçün kişiliyinizi, ləyaqətinizi, qeyrətinizi, vicdanınızı tapdalamaq yarışına girmişiniz. Sözümü dəyişib məni savadsız kütlənin qarğışına, söyüşünə tuş etdiniz. Sonra bundan pul qazanıb aparıb evdəki övladlarınıza yedirdiniz. Bəs, sonra? Nuş oldu? Bəs sən, Allah dediyin varlıqdan qorxmadın? Məni başa düşmək üçün sizin nə yaşınız, nə dünyagörüşünüz, nə intellektiniz, nə də savadınız çatdı. Heç olmasa Flora deyəni elə təhrif edərdiniz ki, min nəfər inansın.

Dünən biri ölür, tanımadan, bilmədən bu gün nələr yazırsız şərhlərə... Artıq o həddə çatmışınız ki, Allahın qədərinə, yazdığı taleyə, ölümlə lağ-lağı edirsiniz, şərh yarışına çıxırsınız. Görək, kim daha yaxşı şərh yazacaq.

Sizin nədən sığortanız var axı bu həyatda? Özündən əminsən, bəs övladlarındandamı qorxmadın ki, bu qınağa görə Allah başına daş salar?

Virtual qeybətin aludəçiləri, rəzalət içindəsiniz. Yaradan bağışlayacaq sizi? Bəli, demişəm, yaradan hər kəsi bağışlasaydı, cəhənnəm olmazdı. Yaradan mənə haqq veribsə, haqqımı çeynəyənlərə halal etmirəm. Təəssüf ki, bu günahlarınızı başa düşəcək biçimdə yaradılmadız. İndi gedin bu müqəddəs ayda ha tövbə edin, ha namaz qılın!
Ömrümü mən boşuna yaşamadım. Bu Ramazan ayında bağımda "it ovçularından" gizlədib bəslədiyim küçə itlərinin savabı mənim bəsimdir! "Sən"lərin duaları olmasa da olar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1548   Tarix: 19 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564