Oğuzda tibb işçisi və arvadı koronavirusun qurbanı oldu

Oğuzda tibb işçisi və arvadı koronavirusun qurbanı olduOğuz rayonunda ər-arvad koronavirusdan vəfat edib.

BiG.AZ Report-a istinadən xəbər verir ki, rayonun Xaçmaz kənd sakinləri - 1943-cü il təvəllüdlü Ağaəli Qədir oğlu Hacıyev və həyat yoldaşı, 1948-ci il təvəllüdlü Raya İdris qızı Camaləddinova koronavirusun qurbanı olublar. Məlumata görə, ahıl ər-arvad bir müddət əvvəl COVID-19-a yoluxublar və ev şəraitində müalicə olunublar. 73 yaşlı Raya Cəmaləddinova dünən, 78 yaşlı Ağaəli Hacıyev isə bu gün dünyasını dəyişib.

Qeyd edək ki, A.Hacıyev uzun müddət Xaçmaz kənd tibb məntəqəsində feldşer, R.Cəbrayılova isə həmin kəndin məktəbində ibtidai sinif müəllimi işləyib. Hər iki şəxs təqaüddə olub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1167   Tarix: 17 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş