"Mənə Zamiq yox, Namiq deyir"

"Mənə Zamiq yox, Namiq deyir"Müğənni Zamiq Hüseynov "Zaurla Günaydın" proqramına qonaq olub.

BiG.AZ xəbər verir ki, sənətçi oğlu Zeyndən danışıb.

"Ailənin gözü övladdır. O, dünyaya gələndən sonra baxırsan ki, həyat başqadır. Övlad gözəldir. 3-4 aylığında dərk etmirdim. Amma böyüdükcə, danışdıqca, videozənglər etdikcə dəyişirsən. Mənə Zamiq yox, Namiq deyir. Başqa yerdə oturmaq istəmirsən, evə tələsirsən ki, o, yatmamış evə gedəsən. Allah övladlarımıza gözəl gələcək qismət etsin. İndi baş verənləri görəndə deyirsən, necə olacaq? Pandemiya, müharibə yaşadıq. İnşallah, müharibə, pandemiya olmaz, övladlarımız yaxşı yaşayar" deyə, Zamiq bildirib./Axşam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2080   Tarix: 17 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş