Mehriban Əliyeva Tunarla bağlı tapşırıq verdi

Mehriban Əliyeva Tunarla bağlı tapşırıq verdiHeydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond SMA xəstəliyindən əziyyət çəkən Tunar Bağırovla bağlı özəl sektorda fəaliyyət göstərən şirkətlərə müraciət edib.

Heydər Əliyev Fondu şirkətləri azyaşlının sözügedən xəstəlikdən xilas olması üçün başladılan kampaniyaya qoşulmağa çağırıb.

Qeyd edək ki, bir yaşlı Tunar Bağırov I növ onurğa amiotrofiyasından (Werding-Hoffmann xəstəliyi) əziyyət çəkir. Onun sağlamığına qovuşması üçün "Zolgensma" gen terapiyası preparatına ehtiyac var. Bu isə dünyanın ən bahalı iynəsi hesab olunur. Bir infuziya təxminən 2,125 milyon dollara başa gəlir./Oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3165   Tarix: 14 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş