Azərbaycanlı müğənni boşanmaq istədiyi əri tərəfindən ÖLDÜRÜLDÜ - FOTO

Azərbaycanlı müğənni boşanmaq istədiyi əri tərəfindən ÖLDÜRÜLDÜ - FOTOAzərbaycanda gənc müğənni boşanmaq istədiyi üçün həyat yoldaşı tərəfindən qətlə yetirilib.

BiG.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, bu barədə "Elgizlə izlə" verilişinə müraciət edən müğənni Zəminə bildirib və özü kimi müğənni olan qızının boşanmaq istədiyi üçün keçən ilin sentyabr ayının 3-də həyat yoldaşı tərəfindən qətlə yetirildiyini deyib:

"Bu, qızımla həyat yoldaşının 3-cü boşanması idi. Onlar 2 dəfə boşanıb, sonradan barışıblar. Qızım barışırdı, sonra eyni problemlər yenidən yaşanırdı. 16 yaşında qızıma elçi gəldilər. Mən də ailə qurmaqlarına razılıq verdim. Əvvəl o, müğənnilik etmirdi. Sonradan imkanı olmadığına görə müğənniliyə başladı. Mən özüm də müğənniyəm. Əri onu toylara aparırdı. Qızımın 2 övladı məndə, həyat yoldaşı isə hazırda həbsdədir. O, qızıma barışmasa öldürəcəyini demişdi: "Ya torpağınsan, ya mənim". Qızım mənə dedi ki, yenə barışmağını istəsəm, o öldürməsə də, özü intihar edəcək".

Azərbaycanlı müğənni boşanmaq istədiyi əri tərəfindən ÖLDÜRÜLDÜ - FOTOAzərbaycanlı müğənni boşanmaq istədiyi əri tərəfindən ÖLDÜRÜLDÜ - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 12690   Tarix: 14 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş