Xəstəlikdən əziyyət çəkən Zümrüd ilk dəfə ərindən DANIŞDI

Xəstəlikdən əziyyət çəkən Zümrüd ilk dəfə ərindən DANIŞDI"Ulduzam, fərqliyəm. Niyə özümə deyim, sadəyəm, mən kiməm? Sənət adamları fərqlidir, seçilir və sevilir. Deyim, milyonlarım var, ulduz həyatı yaşayıram, yox. Amma özümə görə həyatım var. Zümrüdəm, məndən bir də olmayacaq. Bir insanı hər kəs sevə bilməz. Bir insanı hər zaman ya sevirlər, ya nifrət edirlər. Ortası olmayacaq".

BiG.AZ xəbər verir ki, bu sözləri aktrisa Zümrüd Qasımova "Youtube"da yayımlayan "Hardan başlayım" layihəsində deyib. Xərçəngdən əziyyət çəkən sənətçi həyatından bəhs edib:

"Sənətə gələndən risklər etdim, başqa aktrisaların etmədiyini etdim: iddialı, açıq, cəsarətli səhnələr oldu. Amma çox şey edə bilərdim, daha məşhur ola və onunla pul qazana, gözəl şəraitdə yaşaya, lüks maşınım və həyatım ola bilərdi. Amma daha çox sevgini, kiminsə çiyninə başımı qoymağı seçdim. Sevgi və ailəyə görə çox şeydən vaz keçdim. Bir aktrisa kimi teatrda özümü doğrultdum, filmdə yox. Deyirdim, filmdə gənc qızı oynamaq istərdim. Amma xalanı oynayacaq hala gəldim.

Bir qadın kimi çoxundan xoşbəxtəm, çoxundan da bədbəxtəm. Heç vaxt özümü gözəl hesab etmirdim. Mənə gözəlsən deyəndə, cavab verirdim ki, onda gözəllər nə etsin? Allah xəstəliyimlə bağlı elə şey verdi ki, qadının gözəlliyini tamamlayan bir şeyi aldı əlimdən. Uzun illər səhərlər güzgüyə baxa bilmirəm. Bir müddət həyatımdan bu hisslər çıxmışdı, xoşbəxt oyanırdım. Amma 10 ilə yaxındır ki, səhərlər aqressiv oyanıram, özümə nifrət edirəm, öz eybəcərliyimi görürəm və heç nə olmamış kimi həyata davam edirəm. İnsan gənc olanda övladın olub-olmamasını hiss etmirsən: rəfiqələrlə gəzirsən, dolaşırsan. Amma sabah tək qalanda nə olacaq? Allah anama, yoldaşıma ömür versin, amma heç kim sığortalanmayıb".

Z.Qasımova həyat yoldaşının qısqanclığından bəhs edib:

"Çox sevgi ilə yaşamışam. Sevgisizlik məni öldürə bilər. Hərdən yoldaşımla mübahisə edib, küsüb anamgilə gedirəm. Amma bir anlıq boşluğa düşürəm: necə məni qısqanmır, axtarmır. Azad, inadkar qız olmuşam. Qarşıma yumşaq xarakterli, hər dediyimə "hə" deyən kişi çıxa bilməzdi. Mənlə bacaran kişi lazım idi: həm qısqanır, həm sevir, həm də sənətimə dəyər versin. Kənardan elə görünür ki, həyat yoldaşım məni sıxır. Amma o, belə izah edir: maraqlanıram ki, sən nəfəs alırsan, yığıram səsini eşidim, bilim yaxşısan. Əsəbləş, amma sənə bildirim ki, hər şeydən mənə vacibsən. Mən səni yaşadıram. Əməliyyat olunmuşam, pisəm. Yoldaşım mübahisə edir ki, həkim niyə sənə elə baxdı? Narkozdan yeni ayılmış, əsəbi, halsız adama bu sual verilir. Bir kişinin bir qadına verə biləcəyi ən böyük sevgini mənə verdi. Ondan qopa bilmirəm, o da məndən. İldə iki dəfə anamgilə gedirəm, 1 ay qalıram. Deyirəm, görüm ayrı qala bilərik. Bütün cütlüklər arada belə fasilə verməlidir.

Həyat yoldaşıma heyranam. Çox savadlıdır, fəlsəfəni gözəl bilir. Onun otağı kitabla doludur"./Axşam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3714   Tarix: 14 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Coni Dip qala alacaq

60 yaşlı aktyor Coni Dip tarixi tikili alacaq. xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. O, İtaliyanın Torino şəhərində 15-ci əsrdə tikilən qalanı almağı düşünür

17.04.2024 365
.

"Nəslimdə TikTok işlədən yoxdur"

Xalq artisti Afaq Bəşirqızı TikTok-la bağlı açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aktrisa sözügedən sosial şəbəkədən istifadə etmədiyini bildirib. O qeyd edib ki, ailə üzvləri belə TikTok işlətmir. "Mənim nəslimdə TikTok işlədən yoxdur" deyə, Bəşirqızı söyləyib

19.04.2024 517
.

İbrahim Tatlıses oğlunu mirasdan rədd edəcək

İbrahim Tatlıses oğlu Ahmet Tatlısesi mirasdan rədd edəcək. xəbər verir ki, bu barədə müğənni özü bildirib. "Mənə "əqli problemi var" deyə şər atdı. Sağlam olduğumu sübut etmək üçün 5 xəstəxanada müayinədən keçdim. Hamısı əqli problemimin olmadlğını dedi. Onu mirasdan rədd edəcəm"

17.04.2024 806
.

"Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm

Aparıcı Xoşqədəm Hidayətqızı "Günaydın, Azərbaycan" verilişindəki açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aparıcı türkiyəli müğənni Ajda Pekkan kimi olmaq istədiyini etiraf edib. "Ajda Pekkanı çox sevirəm. Bilirsiniz niyə? Mən də elə olacağam. İndidən deyirəm. Çünki ekrand

15.04.2024 1107
.

Azərbaycanlı prodüserin qızı xərçəngdən vəfat etdi

Prodüser Rövşən Cəfərovun qızı Nərmin Həsənli vəfat edib. Axşam.az xəbər verir ki, 31 yaşı olan Nərmin uzun müddətdir xərçəngdən əziyyət çəkirmiş. O, ailə qurub və Almaniyada yaşayırdı. Vəziyyəti pisləşən Nərmini Azərbaycana gətiriblər. O, bu gün dünyasını dəyişib. Qeyd edək ki, Rövşən uzun illər mərhu

18.04.2024 1409
.

Bu il xalları Aysel açıqlayacaq

İsveçin Malmö şəhərində keçiriləcək "Avroviziya 2024" mahnı müsabiqəsində Azərbaycandan olan səsvermənin nəticəsini təqdim edəcək şəxsin adı açıqlanıb. Axşam.az xəbər verir ki, xalları Aysel Adıgözəlzadə (Teymurzadə) səsləndirəcək. Bildirilib ki, mayın 11-də İTV-nin efirində tamaşaçılar Aysel

17.04.2024 824
.

Toyu bu xəbərlə açdı

Aparıcı Könül Muxtarova aparıcılıq etdiyi toy məclisini Qazaxın dörd kəndinin işğaldan azad edilməsi xəbəriylə açıb. OLAY yazır ki, o, gecədə qonaqları salamladıqdan sonra bunları söyləyib:. "Şad xəbəri sizə çatdırmaq, sizinlə bölüşmək istəyirəm. Bir neçə dəqiqə bundan öncə aldığımız məlumata görə

19.04.2024 0
.

Dilan Polatla həyat yoldaşının işində növbəti qərar

Ötən ilin noyabrın 1-də çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat və həyat yoldaşı Engin Polata qarşı vergi proseduru qanununu pozma maddəsi ilə açılmış ittiham işi nəticələnib. Axşam.az xəbər verir ki, cinayət iş

19.04.2024 311
.

Dünya gözəli ikinci dəfə ana oldu- FOTO

2002-ci il dünya gözəli seçilən türkiyəli model Azra Akın ikinci dəfə ana olib. xəbər verir ki, bu barədə Azra Akın sosial şəbəkədə paylaşım edib. "14 aprel bazar günü Demirə bir bacı gəldi. Bizə də çox gözəl surpriz oldu. Adı Aryadır " ,- deyə o bildirib

18.04.2024 1397