Toylarla bağlı AÇIQLAMA - Şad xəbər

Toylarla bağlı AÇIQLAMA - Şad xəbər"Ümumiyyətlə biz toy deyəndə Azərbaycanda ənənəvi toy üslubunu nəzərdə tutmuruq. Son illərdə keçirilən toylar şadlıq evlərini doydurmaq üçün bir vasitə idi. Bu isə əslində insanların soyulma mexanizmi kimi anlaşılır".

Bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa "AzTV"-nin efirində yayımlanan "Çıxışa doğru" proqramında qonaq olarkən deyib.

O bildirib ki, bu mövzuda vətəndaşlar da bir az şöhrətpərəstdir:

"Onlar öz maraqlarına uyğun olaraq toy məclisinə ailə sütunun qurulması kimi deyil, göstəriş məqsədi kimi yanaşırdılar. Çalışırdılar imkanları daxilində, hətta imkanlarından da artıq səviyyədə insanları təəccübləndirəcək toy məclisləri keçirsinlər. Lakin bu gün biz bu modeldə toylardan, yanaşmadan danışmırıq. Sadəcə bir ailənin qurulmasından söhbət gedir ki, bu demoqrafik, sosial problemdir. Bunu qadağa ilə həll etmək olmaz. Bizim yanaşmamız odur ki, 10, 20, 30 ya 50 nəfərlə olsun toyların keçirilməsinə icazə verilməlidir. Bu qadağalara sərt şəkildə əməl olunmasına nəzrət olunsa bəs edir. Amma toyları birbaşa qadağa etmək gələcək demoqrafik problemlərə, sosial narazılığa, ailəiçi münaisbətlərin pozulmasına yol açacaq.

Bunu statistik faktlara əsaslandıra bilriik. 2020-ci ildə bağlanan 35 min nikahın 14-15 mini boşanma ilə yekunlaşıb. Bu ümumi rəqəmin üçdən biri deməkdir. Bu da cəmiyyətdə sosial problemlərin yaranması deməkdir. Odur ki, mənim təklifim odur ki, ofisiant, müğənni, xidmətçi də daxil və s. hər kəs daxil olmaqla ümumilikdə 30-40 nəfərdən ibarət toylara icazə verilsin. Bəy və gəlinin adına bankda hesab açılsın və iştirak edə bilməyən şəxslər də ailənin təməlinin qoyulmasına dəstək olmaq istəyirlərsə, gedib pul köçürürlər. Belə baxanda toyda da iştirak etmiş sayılırlar. Onsuzda Avropada kartla alış-verişə tam keçilib, amma biz hələ də cibimizdə pulu hiss etməliyik. Koronavirus bir bəladır gəlib, amma bu bəlaya görə tam qadağa edəndə böyük narazılıq yaranır. Qadağan etmək olmaz. Qaydalara sərt formada riayət edilməsinə diqqət olunmalıdır. İnsanları evinə qapadıb, işləmələrinə mane oluruqsa gərək onların maddi təminatını verməliyik. Bunu etmək üçün böyük imkanımız yoxdursa, o zaman qadağan etmək olmaz çünki insanlar narazı olacaqdır. Qadağa çıxış yolu deyil, mütləq çıxış yolu tapılmalıdır"./Milli.Az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 8602   Tarix: 13 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Azərbaycan tərəfi sülhməramlıların missiyasına aid olmasa da,onların bu fəaliyyətinə anlaşıqlı şəkildə yanaşmışdır" - Politoloq

Rusiya sülhməramlı kontingenti Qarabağı tərk edib. Rusiyanın "Krasnaya Zvezda" qəzeti bildirib ki, Rusiya sülhməramlı kontingentinin fəaliyyəti bir vaxtlar münaqişə bölgəsinə sülh və sabitlik gətirib, aparılan əməliyyat məqsədlərinə çatıb və məntiqi nəticəyə gəlib. Mövzu ilə bağlı -a danışa

19.04.2024 340
.

Laçında usta bədbəxt hadisə nəticəsində ölüb

Laçında bədbəxt hadisə baş verib. APA xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Zəka Rəsul oğlu Rəsulov ekskavatoru təmir edən zaman üzərinə dəmir parçası düşüb. Nəticədə ağır bədən xəsarətləri alan 28 yaşlı Zəka Rəsulov Gəncəyə xəstəxanaya aparılarkə

19.04.2024 260
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19.04.2024 295
.

Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. "Qaynarinfo" xəbər verir ki, birinci məhkəm

18.04.2024 583
.

Rusiyada təyyarə qəzaya düşdü - VİDEO

"Tu-22M3" strateji təyyarəsi cümə günü səhər Rusiyanın Stavropol vilayətinin cənubunda qəzaya uğrayıb. BİG.AZ xəbər verir ki, bu barədə "İnterfaks" informasiya agentliyi Rusiya müdafiə nazirliyinə istinadən məlumat yayıb. "Stavropol vilayətində döyüş tapşırığını başa vurduqda

19.04.2024 179
.

Millət vəkilləri arasında gərgin anlar yaşandı - VİDEO

Milli Məclisin aprelin 19-da keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının açıqladığı rəqəmlərin ölkədə maliyyə intizamı ilə bağlı vəziyyətin acınacaqlı olduğunu göstərdiyini deyib. Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bu fikirlərl

19.04.2024 302
.

Rusiya əhalisi azalır

2024-cü ilin fevral ayında Rusiyada əhalinin təbii azalması davam edib. Bu barədə Rosstatın saytında məlumat verilib. Məlumata görə, 2024-cü ilin fevral ayında 97,9 min uşaq doğulub. Maksimum doğum nisbəti Dağıstan Respublikasında (+29,6, Saxalin vilayətində (+23,9%) və Adıgey Respublikasında (+23,8%

19.04.2024 176
.

UNICEF: "Qəzzada hər 3 evdən 2-si dağılıb və ya zədələnib"

UNICEF-in sözçüsü Ceyms Elder, İsrailin intensiv hücumları altında olan Qəzzada hər 3 evdən 2-nin dağıldığını və ya zədələndiyini açıqlayıb. xəbər verir ki, bir müddətdir Qəzzada çalışan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder X sosial media platformasında İsraili

18.04.2024 216
.

"Azərsun Holdinq" və "Hayat Kimya" uşaq evlərində sosial layihə həyata keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə "Azərsun Holdinq" və "Hayat Kimya" birgə sosial aksiya həyata keçirib. Aksiya çərçivəsində Bakı şəhəri və Abşeron rayonunda yerləşən körpələr evi, əlilliyi olan uşaqlar evi, həmçini

19.04.2024 236