Rəşid Hüseynov VƏFAT ETDİ

Rəşid Hüseynov VƏFAT ETDİAzərbaycanda məhkəmə hakimi vəfat edib.

BiG.AZ "Report"a istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynov 62 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, əvvəllər prokurorluq orqanlarında çalışmış R.Hüseynov 2008-2011-ci illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin hakimi, 2011-2013-cü illərdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi, 2013-cü ildən isə Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi idi.

Rəşid Hüseynov VƏFAT ETDİ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5250   Tarix: 13 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş