"Tənqid edirlər ki, kənd dilində danışırsan"

"Tənqid edirlər ki, kənd dilində danışırsan"Əməkdar artist Elnarə Abdullayevanı danışıq tərzinə görə tənqid ediblər.

BiG.AZ xəbər verir ki, xanəndə bu haqda "ATV maqazin onlarla" verilişində deyib. O bildirib ki, yaxınları belə onu danışığına görə qınayırlar:

"Hətta öz yaxınlarım da qınayır ki, dilini dəyiş. Nə vaxt kənd dilindən çıxacaqsan? Danışıram da, "j, h,p" demirəm ki... Olanı danışıram, kənddə necəyəmsə, eləyəm. Danışıq tərzimdir, dəyişə bilmərəm".

E.Abdullayeva bildirib ki, şou-biznesdə çoxlarının sirrini bilir:

"Fəxr edirəm ki, söz saxlaya bilirəm. Onların özündən söz çıxmasa, məndən çıxmaz"./Axşam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1243   Tarix: 13 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş