Nazirlik bu ailələrə pulsuz ərzaq verəcək? - RƏSMİ AÇIQLAMA

Nazirlik bu ailələrə pulsuz ərzaq verəcək? - RƏSMİ AÇIQLAMAHər il müxtəlif bayramlarda aztəminatlı ailələrə, əsasən də ünvanlı sosial yardım alanlara sovqatlar paylanılır.

Bəs bu ənənə bu il də müqəddəs Ramazan bayramında davam edəcəkmi?

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Redaktor.az-a açıqlamasında bildirib ki, bu tipli yardımları Nazirliyin sosial tərəfdaşları edir:

"Nazirlik ərzaq yardımı etmir, sosial tərəfdaşlar edir. Onların bizimlə əməkdaşlığı sayəsində proses baş tutur. Biz ehtiyacı olan vətəndaşları müəyyən edirik, siyahını sosial tərəfdaşa təqdim edirik. Həmçinin, ərzaq payının ünvana çatdırılmasında öz dəstəyimizi göstəririk".

Fazil Talıblı əlavə edib ki, Ramazan bayramında sovqat yardımının olub-olmayacağı barədə hələ ki, dəqiq məlumat yoxdur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1432   Tarix: 13 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş