Bu şəxslərə və ailə üzvlərinə kompensasiya ödəniləcək

Bu şəxslərə və ailə üzvlərinə kompensasiya ödəniləcəkAzərbaycanda təyin edildikləri yer üzrə kirayədə yaşayan prokurorluq işçilərinin özü ilə yanaşı, ailə üzvlərinə də kompensasiya ödəniləcək.

BiG.AZ "Report"a istinadən xəbər verir ki, bununla bağlı "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" qanuna dəyişiklik təklif edilir.

Bununla da qanuna 20.1-ci maddəsinə dəyişiklik olunur. Dəyişikliyə əsasən, prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə və onların ailə üzvlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və miqdarda pul kompensasiyası ödəniləcək.

Qanuna dəyişiklik layihəsi Milli Məclisin aprelin 13-də keçiriləcək plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 820   Tarix: 13 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş