Nazirliyin əməkdaşı koronavirusdan VƏFAT ETDİ

Nazirliyin əməkdaşı koronavirusdan VƏFAT ETDİFövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı koronavirusdan vəfat edib.

Oxu.Az xəbər verir ki, Nazirliyin Nərimanov Rayon Dövlət Yanğından Mühafizə xidmətinin əməkdaşı 1990-cı il təvəllüd Oqtay Quliyev bir müddət əvvəl COVID-19 virusuna yoluxub.

Xəstəxanaya yerləşdirilməsinə və həkimlərin göstərdikləri bütün səylərə rəğmən nazirliyin gənc əməkdaşı koronavirusdan vəfat edib.

Məlumatı Oxu.Az-a FHN mətbuat xidmətindən təsdiq ediblər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 994   Tarix: 13 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş