Türkiyədə Ramazan ayına görə bu qadağalar tətbiq olundu

Türkiyədə Ramazan ayına görə bu qadağalar tətbiq olunduTürkiyə Daxili İşlər Nazirliyi ölkənin 81 bölgəsinə "Ramazan ayı tədbirləri" adlı qaydalar göndərib.

"Haber Global" məlumat verir ki, qadağalarda karantin qaydalarına nəzarət etmək nəzərdə tutulub.

Qaydalara əsasən insanlar imsak və iftarda nə evdə, nə də evdən kənarda toplu şəkildə yığışa bilməz.

Təravih namazını hərə öz evində qılacaq. Pide və çörək sifarişi iftardan bir saat əvvələ qədər bitməlidir.

Eyni zamanda, bayramla əlaqədar müqəddəs yerlərə və qəbiristanlıqlara ziyarətlərin artacağı nəzərə alınaraq ehtiyat tədbirləri görüləcək./Oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 804   Tarix: 12 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş