Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır

Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadırAzərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük İkinci Qarabağ müharibəsində yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında öz layiqli yerini tutmaqdadır. Bu müharibə göstərdi ki, dövlətimizin başçısı İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca səbəbidir. Xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində işğal altında olan bütün torpaqlarımızda Azərbaycan bayrağının dalğalanacağına əmin idi. "Bu, tarixi hadisədir. Azərbaycan tarixində buna oxşar parlaq qələbə olmamışdır. Azərbaycan bütün dünyaya öz gücünü göstərdi, xalqımızın iradəsini göstərdi. Bir daha bütün dünya gördü ki, əgər iradə varsa, güc varsa, xalq-iqtidar birliyi, əzmkarlıq və cəsarət varsa, haqq-ədalət öz yerini tapır. Biz bunu nümayiş etdirdik."
Dövlətimizin başçısı öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, döyüşlərdə fədakarlıq göstərmiş şəhidlərin ailələri və qazilərimizin qayğıları hər zaman dövlətimizin diqqət mərkəzində olacaqdır. Bununla əlaqədar əməli tədbirlər həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi olan "YAŞAT" Fondu yaradıldı.
Qazi və şəhid ailələrinə yardımların göstərilməsi dövlətin əsas sosial siyasətlərindən biri olduğundan qısa müddət ərzində 2795 şəhidin 14 min ailə üzvü və 10 minədək yaralanan şəxslə Fondun nümayəndələri və "Asan könüllüləri" görüşlər keçirilib, onların birinci dərəcəli ehtiyacları müəyyənləşdirilib. Fonda daxil olan vəsait ilə əlaqədar məlumatlar mütəmadi qaydada ictimaiyyətə təqdim olunur.
Şəhid ailələri və qazilərin mənzillərlə təminatı istiqamətində işlər görülür. Təkcə Ramana kompleksində 30 ədəd doqquz mərtəbəli bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub, bütün lazımi şərait yaradılıb. Dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, habelə fərdi evlə təmin ediləcəkdir. Əlavə olaraq, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilib.
Yenicə təmirdən çıxmış Şağan qəsəbəsindəki reabilitasiya mərkəzində müharıbədə yaralanan qazilərimizə hərtərəfli tibbi yardım göstəriləcəkdir. Orada minlərlə qazi hər il müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcəkdir. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün də ən müasir protezlər sifariş edilib. 300-dən çox qazi bu protezlərlə təmin ediləcək.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası banklar tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış şəhidlərdən banklar qarşısında kredit öhdəliyi olan 830 şəhidə aid 1 503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsini təmin edilib. Həmçinin şəhidlərimizin ailə üzvlərinə aid olan 286 sayda, xəsarət almış hərbçilər üzrə 1 323 sayda kreditin, şəhid olmuş 15 nəfər və ciddi zərər çəkmiş 9 nəfər mülki şəxsin borc öhdəliklərinin tamamilə silinməsi təmin olunub.
AzSığorta tərəfindən bu günə qədər 1 053 şəhidimizin vərəsələrinə və hərbi əməliyyatlar zamanı xəsarət almış 4 119 nəfər hərbçimizə 18 109 850 manat ödəniş edilib.
Zərərçəkmiş mülki əhali də dövlət qayğısı ilə əhatə ediləcəkdir. Belə ki, bu kateqoriyadan olan vətəndaşların zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması məqsədilə dövlət maliyyə yardımları göstərəcəkdir.
Bu gün dövlətin yardımı ilə şəhid ailələri və qazilərə sahibkarlıqla məşğul olmaq üçün lazımı vəsaitlər verilir, onların işlə təminatı məsələləri diqqət mərkəzində saxlanılır. Bu da Azərbaycan dövləti və Prezident İlham Əliyevin sosial siyasətinin əsas strateji prioritetlərindən biridir.
İşğaldan azad edilmiş ərazilərimizdə görüləcək işlərlə bağlı planlar, daha müasir şəhər və kəndlərin salınmasına xidmət edəcək "ağıllı şəhər", "ağıllı kənd" layihələri bu ərazilərimizi əvvəlkindən də diqqət çəkən edəcək. Bu ərazilərimizin malik olduğu resurslardan səmərəli istifadə əməkdaşlıq əlaqələrimizin də genişlənməsinə böyük imkanlar açacaq. Proses artıq başlayıb. Müvafiq strukturlarımızla beynəlxalq şirkətlər arasında əməkdaşlıq üçün böyük imkan olacaq.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 491   Tarix: 12 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Vatsapda böyük fayllar göndərmək mümkün olacaq

Vatsap əhatə dairəsindəki istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "The Guardian" məlumat yayıb. Belə ki, istifadəçilər indi simsiz şəbəkə üzərindən də faylları paylaşa biləcəklər

23.04.2024 334
.

İrem Derici sevgilisi ilə Venesiyada- FOTOLAR

Türkiyəli müğənni İrem Derici sevgilisi Gökhan Fıratla birlikdə İtaliyanın Venesiya şəhərinə səyahət edib. xəbər verir ki, müğənni fotoları sosial şəbəkədə paylaşıb. Şəkillərə minlərlə rəy və bəyənmə gəlib

23.04.2024 585
.

Aysun qızına bu adı verəcək – VİDEO

Müğənni Aysun İsmayılova dünyaya gələcək qız övladından söz açıb. bizim.media-ya istinadən bildirir ki, bu haqda sənətçi qonaq olduğu "Tarixin bir günü" verilişində danışıb. Sənətçi bildirib ki, qızına "Sevgi" adını qoyacaq: . "Dünyaya gələcək qızıma qoyacağımız adla bağlı ço

23.04.2024 1050
.

Qətər Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası razılaşmasını alqışlayır

Qətər Azərbaycan və Ermənistanın sərhədlərin demarkasiyası ilə bağlı əldə etdiyi razılaşmanı alqışlayıb. xəbər verir ki , Qətər Xarici İşlər Nazirliyinin bəyanatını Qətər Milli Xəbər Agentliyi yayıb. Açıqlamaya görə, Qətər ilkin razılaşmanın iki tərəf arasında həll olunmamış məsələlərin dialoq və sül

23.04.2024 253
.

Prezident: "Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik"

"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışınd

23.04.2024 309
.

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO

Sosial şəbəkələrdə videoları ilə milyonlarca baxış toplayan Ümüd adlı körpənin kirpikləri hər kəsin diqqətini cəlb edib. Onun atası bildirib ki, bir çoxlarının təəccüblə izlədiyi kirpiklər onların ailəsi üçün adiləşib:. "Millətə qeyri-adi görünsə də, bizim üçün adi haldır. Nəsildə də var. İrsi olduğ

12:05 688
.

4 gün əvvəl itkin düşən qadının meyiti çaydan tapıldı

Aprelin 19-da Şəkinin Cumakənd kəndində itkin düşən qadının meyiti tapılıb. Bu barədə BİG.AZ-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Şəki rayon sakini, 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb. Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşlar

23.04.2024 667
.

"Taxta bazar"ında növbəti YANĞIN: Sığorta şirkətləri dəyən zərəri qarşılamaqda niyə maraqlı deyil? - AÇIQLAMA

Ötən günlərdə Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə yanğın baş verib. Bundan əvvəldə sözügedən ərazidə dəhşətli yanğın hadisəsi baş vermişdi. Hər iki yanğın hadisəsinində əsas məsələ isə obyektlər və mal-materialın sığortalanması halı olmadı. Vətəndaşların isə əsas narazılığı budu

23.04.2024 250
.

Prezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"

"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd

23.04.2024 343