DİN-dən açıq havada maska taxmaqla bağlı AÇIQLAMA

DİN-dən açıq havada maska taxmaqla bağlı AÇIQLAMAPandemiyanın özü ilə bərabər gətirdiyi dəvətsiz qonaq - tibbi maska açıq-qapalı məkan demədən, hər an burnumuzun üstündədir. Hətta bundan təngə gələn vətəndaşlar sosial şəbəkələrdə #açıqhavadanəfəsalaq kampaniyasına da başlayıblar.

Boğulmaq bir yana, həyatımızın "qoruyucu mələk"inə çevirilən 30 qəpiklik maska, iplərinin ani olaraq qırılması, yaxud düzəltmək istədiyimiz yerdə əlimizdən yerə düşməsi, külək aparması ilə bizi 100-200 manatlıq cərimə ilə üz-üzə qoya bilər. Bəs, bu halla qarşılaşmamaq üçün nə etməli, ehtiyat maska ilə gəzməli, yoxsa polisdən güzəşt gözləməli?

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri ilə iş və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Modern.az-ın sorğusuna cavab olaraq, bildirib ki, hər bir vətəndaş Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilən izolyasiya qaydalarına əməl etməlidir:

"Vətəndaşlarımız tibbi maskalardan istifadə ilə bağlı müəyyən edilən normalar daxilində açıq və qapalı ictimai yerlərdə düzgün istifadə etməlidirlər. Bu tək özünün yox, eləcə də digər vətəndaşların həyat və sağlamlığı üçün zəruri şərtlərdəndir.

O ki qaldı, vətəndaşın tibbi maska ilə bağlı ani olaraq yaranan probleminə, insanlar bunu əvvəlcədən nəzərə almalıdırlar. Tibbi maska normal və qaydasında olmalıdır ki, istifadə ilə bağlı hər hansı inzibati xəta tərkibi yaradan hal aşkarlanmasın. Bütün hallarda polis və Daxili İşlər Nazirliyinin hərbi qulluçuları tərəfindən respublika ərazisində xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq gücləndirilmiş qaydada nəzarət-profilaktik tədbirləri davam etdirilir".

Sosial şəbəkə istifadəçiləri tərəfindən trendə çeviriliən #açıqhavadanəfəsalaq kampaniyasına gəlincə, qurum rəsmisi deyib ki, tibbi maskalardan istifadə edilib-edilməməsilə bağlı normaları Daxili İşlər Nazirliyi müəyyənləşdirmir:

"Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalar var və polis onun yerinə yetirilməsinə nəzarəti həyata keçirir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1523   Tarix: 12 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İrem Derici sevgilisi ilə Venesiyada- FOTOLAR

Türkiyəli müğənni İrem Derici sevgilisi Gökhan Fıratla birlikdə İtaliyanın Venesiya şəhərinə səyahət edib. xəbər verir ki, müğənni fotoları sosial şəbəkədə paylaşıb. Şəkillərə minlərlə rəy və bəyənmə gəlib

23.04.2024 234
.

Namiq "İmtahan"ı təqdim etdi

Müğənni Namiq Qaraçuxurlu yeni mahnısını təqdib edib. BİG.AZ xəbər verir ki. sözləri N. Qaraçuxurluya, musiqisi isə Mansur Qinyaza aid bəstə "İmtahan" adlanır. Mahnıda tar, kamança milli musiqi alətlərindən istifadə olunub. "İmtahan" ötən gündən etibarən meyxanaçının rəsmi musiq

23.04.2024 221
.

Çində sel və torpaq sürüşməsi: 4 ölü, 10 itkin

Çində güclü yağışlar nəticəsində daşqınlar olub. BİG.AZ xəbər verir ki, daşqınlar və torpaq sürüşməsi nəticəsində azı 4 nəfər ölüb. İtkin düşən 10 nəfərin axtarışının davam etdiyi bildirilsə də, evakuasiya olunanların sayı 110 minə çatıb. Ölkənin cənub bölgələrində, xüsusilə Çinin Quanqdonq əyalətind

23.04.2024 157
.

Tayvanda 6,1 və 6 bal gücündə zəlzələ oldu

Tayvanın Hualien şəhərində ardıcıl 2 zəlzələ olub. xəbər verir ki, zəlzələ 6,1 və 6 bal gücündə baş verib. Bu barədə ABŞ Geoloji Araşdırma (USGS) məlumat yayıb. Zəlzələ 6 dəqiqə intervalla 10 kilometr dərinlikdə qeydə alınıb. İlkin məlumatlara görə, zəlzələlərdə heç bir can və mal itkisi olmayıb. Qey

23.04.2024 189
.

"Moskvada mühüm görüşün pərdəarxası məqamları" - Politoloq detalları açıqladı

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

23.04.2024 301
.

Həbs olunmuş separatçıların Qarabağdakı mülkərinin taleyi NECƏ OLACAQ? - AÇIQLAMA

Bildiyimiz kimi, vaxtilə Qarabağda fəaliyyət göstərmiş qanunsuz qondarma "qurum"un keçmiş rəhbərləri hazırda Bakıda həbsdədir və onlarım dindirilməsi prosesi gedir. Vaxtilə Qarabağda erməni sakinlərindən "oyuncaq" kimi istifadə edən bu separatçıların Qarabağda qanunsuz olaraq tikdirdiy

23.04.2024 293
.

Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO

Bir müddət əvvəl müalicə olunduğu psixiatriya xəstəxanasında vəfat edən "Buta Palace"ın keçmiş art direktoru Ramiz Taxvelinin cinayət işi üzrə dayandırılmış məhkəmə prosesi yenidən başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda mərhu

23.04.2024 377
.

DİN-dən Anastasiya ilə bağlı - Açıqlama

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş Anastasiya Bektimirova videomüraciət yayıb. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a verilən məlumata görə, vətəndaş Anastasiya Bektimirovanın müraciəti nəzarət

23.04.2024 357
.

İsrail 200 gün ərzində Qəzzada 34 183 nəfəri öldürdü

İsrail ordusunun 200 gündür Qəzzaya hücumları davam edir. xəbər verir ki, Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 32 nəfər artaraq 34 min 183 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsində daha 5

23.04.2024 159