Niyaməddin Musayev xəstəxanaya yerləşdirildi

Niyaməddin Musayev xəstəxanaya yerləşdirildiXalq artisti Niyaməddin Musayev koronavirus infeksiyasına yoluxub.

Axşam.az-ın əldə etdiyi məlumata görə, test nəticəsi pozitiv çıxan müğənni Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Bir neçə gündür N.Musayev orada müalicə alır.

Xəstəxanadan Axşam.az-a verilən məlumatda bildirilib ki, müğənninin hazırda durumu yaxşıdır. Onun hərarəti normala düşüb.

Əməkdaşımız N.Musayevlə əlaqə saxlasa da, o, bu haqda danışmaq istəmədiyini, özünü yaxşı hiss etdiyini bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2666   Tarix: 12 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş