Azərbaycanda əri ilə yol qəzasına düşən gənc qadının BOYNU SINDI

Azərbaycanda əri ilə yol qəzasına düşən gənc qadının BOYNU SINDIBakı-Astara magistral yolunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə yolun Salyan rayonundan keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində sürücü (ad və soyadı dəqiqləşdirilir-red) və həyat yoldaşı, sərnişin - 1992-ci il təvəllüdlü Bağırova Nübar Xanəhməd qızı xəsarət alıblar. Hər iki yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı N.Bağırovaya boyun fəqərəsinin sınığı diaqnozu qoyulub. Onun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1444   Tarix: 11 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş