Erməni işğalı: Qarabağda mədəni irsin məhvi

Erməni işğalı: Qarabağda mədəni irsin məhviJurnalist Anri Furkadi bloqlardan birində 1992-cı ilədək azərbaycanlıların yaşadığı, əslində elə onlara da məxsus olan Qarabağ bölgəsində Ermənistanın 27 illik işğal zamanı mədəni irsi necə məhv etdiyinə dair hesabat dərc edib.

Sözügedən hesabatı WorldMedia.Az fransız dilindən tərcümə edib.

Qeyd edək ki, Azərbaycan təxminən 30 illik erməni işğalına ötən il noyabrın 10-da imzalanmış birgə bəyanatla son qoyub, Yerevanın SSRİ-nin dağılmasından sonra qeyri-qanuni olaraq ələ keçirdiyi torpaqları geri qaytarıb, bununla da öz ərazi bütövlüyünü bərpa edib.

Tarixdə bəzi ölkələr işğal etdiyi ərazilərin resurslarından geniş istifadə edir, faydalanır, bəziləri isə oraları tərk edilmiş vəziyyətdə qoyur, hərbi işğal zonası kimi saxlayır. Qarabağın Ermənistanın işğalı altında qaldığı 27 ildə bölgədə bu ssenari yaşanıb: şəhərlər, tarixi və mədəniyyət abidələri, hətta təbiət Ermənistan tərəfindən dağıdılıb, sözün əsl mənasında vandalism aktına məruz qalıb. Bu 27 ildə bölgənin inkişafı istiqamətində heç bir addım atılmayıb. Eyni zamanda, bu işğal Ermənistanın özünün də regional inkişafına mane olub.

Ağdam – "kabus şəhər"

Hələ 1918-ci ildə elan olunmuş birinci, dünyəvi Azərbaycan Xalq Cümhuriyyəti dövründə Avropadan qayıtmış azərbaycanlıların da fəaliyyəti ilə Ağdam dirçəlməyə başlamış, onilliklər ərzində tədricən bölgənin mədəniyyət mərkəzinə çevrilmişdi. İllər uzunu burada həyat sanki Avropa modeli ilə qaynayırdı – teatrlar, operalar, kitabxanalar, kinoteatrlar və s.

İşğaldan sonra isə Ağdam əsl "kabus şəhər"ə çevrilib. Burada 5200-dən çox fərdi ev və bina ermənilər tərəfindən tamamilə dağıdılıb. 27 ildə nəinki bu şəhərin tarixi irsindən heç nə saxlanılmayıb, həm də burada yeni heç nə tikilməyib. Ən acınacaqlısı isə odur ki, bu sözləri bütünlükdə Qarabağ bölgəsinə aid etmək olar.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin məlumatına görə, burada 571 mədəniyyət müəssisəsi, o cümlədən 286 kitabxana, 237 mədəniyyət evi və klubu, 19 muzey, uşaqlar üçün 24 musiqi məktəbi, 1 kinoteatr, 2 teatr və 2 qalereya və s. olub. Bu gün onların heç biri yoxdur.

"Sağ qalmış" yeganə məscid

Hesabata əsasən, müharibəyədək Ağdamda 67 məscid olub. Təəssüf ki, erməni işğalından sonra burada yalnız 1 məscid qalıb, o da pis vəziyyətdə. Ermənilər Ağdam məscidindən şəhərə nəzarət üçün istifadə edirlərmiş. Başqa sözlə, onun dağıdılmamasının səbəbi bu strateji əhəmiyyə malik olmasıdır.

Bölgədə bütün digər məscidlər tam və ya qismən məhv edilib. Bu Füzuli rayonundakı Hacı Ələkbər məscidinə, Dədəli, Merdinli, Gecəgözlü, Yuxarı Veysəlli kəndlərindəki məscidlərə, Horadiz kəndində 2 məscidə, Cəbrayıl rayonunun Süleymanlı və Papı kəndlərindəki məscidlərə, Qubadlı rayonunun Məmər və Yusifbəyli kəndlərindəki, həmçinin Zəngilandakı məscidlərə, eyni zamanda, mədrəsələrə, Zərdüşt ibadətgahlarına, körpülərə və s. də aiddir. Onların hamısı yerlə-yeksan edilib. Ağdam şəhərindəki Pənahəli xan (XIX əsr) və Mehdiqulu xanın türbələri də erməni işğalçı qüvvələri tərəfindən dağıdılıb, müxtəlif abidələrə ciddi ziyan dəyib. XIX əsrə aid tarixi abidə olan İbrahimxəlil xanın türbəsi isə yer üzündən silinib.

Aydın görünür ki, işğal dövründə İslam mədəni irsini xüsusilə hədəfə alan erməni silahlı qüvvələri dünya irsi üçün təhdiddir. Bundan da pisi odur ki, işğal illərində saxta arxeoloji ekspedisiyalar, o cümlədən xarici ölkələrin mütəxəssisləri Xocavənd rayonundakı Azıx mağarası və Ağdam rayonundakı Şahbulaq qalası yaxınlığında qeyri-qanuni arxeoloji qazıntılar aparıb, Qafqaz Abaniyasına məxsus çox sayda məbəd, o cümlədən Kəlbəcər rayonundakı Xudavəng və Gəncəsər monastırları vandalism aktına məruz qalıb.

Pravoslav kilsələrinə qarşı vandallıq

Daha bir misal: Xocavənd rayonunda 127 yaşı olan Rus Pravoslav kilsəsi də erməni vandalizminə məruz qalıb. Bundan başqa, Füzuli rayonunda Məhəmməd Füzulinin abidəsi, Laçın rayonunun Güləbird kəndində Sarı Aşığın xatirə muzeyi, Şuşada Molla Pənah Vaqifin məqbərəsi, Ağdam şəhərində şairə Natəvanın məzarı tamamilə məhv edilib. Qarabağ xanı, Şuşanın əsasını qoymuş Pənahəli xan Cavanşirin Şuşadakı sarayı da ermənilər tərəfindən dağıdılıb.

UNESCO bütün bu dağıntıların qeydiyyatının aparılması üçün Azərbaycana dəvət olunub. Hazırda bu missiyanın təşkili üçün texniki məsələlər nəzərdən keçirilir. Beynəlxalq təşkilatların bunu bunları görməsi, qeydə alması çox vacibdir. Çünki Ermənistan tərəfindən regionun mədəni irsinə qarşı törədilmiş vandalizm aktları çoxsaylı beynəlxalq sənədlərin, xüsusilə də "Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunmasına dair" 1954-cü il Haaqa Konvensiyasının, "Arxeoloji irsin qorunmasına dair" Avropa Konvensiyasının və "Dünya mədəni və təbii irsinin qorunmasına dair" Konvensiyanın müddəalarının kobud şəkildə pozulmasıdır.

İşğaldan təbiət də əziyyət çəkib. Belə ki, Azərbaycanın 54 min hektarlıq meşə sahəsi ermənilər tərəfindən məhv edilib.

Son müharibə zamanı yandırılmış evlər

Təəssüf ki, ermənilər bu cür əməlləri son müharibə zamanı da davam etdirib. İşğal olunmuş ərazilərdən çıxmalı olan ermənilər onlara verilmiş 20 gün ərzində Azərbaycanın təbiətinə və mədəniyyət nümunələrinə maksimum zərər vurmağa çalışıblar: evlər yandırılıb, qarət edilib, ağaclar kəsilib və s.

Lakin Azərbaycan artıq işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına başlayıb. Hazırda hökumət səviyyəsində yenidənqurma proqramı icra olunur.

Ümumilikdə dağıdılmış ərazi 10 min kvadrat kilometrlik ərazini əhatə edir. Bu gün bu torpaqlarda 3 aeroportun və yüz kilometrlərlə quru və dəmir yolunun tikintisinə start verilib. Tezliklə buralardan köçkün düşmüş 1 milyon insanın geri qayıtmasına, Qarabağda məskunlaşmasına imkan verəcək infrastruktur yaradılacaq: yeni məktəblər, xəstəxanalar, idman mərkəzləri, mədəniyyət müəssisələri və s. Bir sözlə, Qarabağın yenidən yaşayış zonasına, cəlbedici bölgəyə çevrilməsi üçün bütün lazımi işlər görülür.(oxu.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 434   Tarix: 11 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

19.04.2024 257
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikd

19.04.2024 769
.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

19.04.2024 417
.

Kamran Həsənlidən qalmaqallı açıqlama: "Yaxşı verilişlərin aparıcılarının saxlayanı var"

"Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən sənətkar kimi bəh-bəhlə xalqa sırınır". Bu sözləri tanınmış aparıcı Kamran Həsənli -a açıqlamasında deyib. O, bəzi aparıcılar barədə sərt iradlar səsləndirib:. "Onla

18.04.2024 1446
.

Türkiyədə 5,7 bal gücündə zəlzələdən sonra ÜRƏKAĞRIDAN GÖRÜNTÜLƏR

Türkiyənin Tokat vilayətində baş verən zəlzələlərin vurduğu ziyanlar görüntülənib. "Haber Global"a istinadən xəbər verir ki, zəlzələnin episentri olan Sulusaray rayonu dron ilə havadan çəkilib. Görüntülərdə zəlzələnin vurduğu ziyanın miqyası əks olunub. Həmçinin zəlzələnin baş verdiyi bölgələrd

19.04.2024 897
.

İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı

Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbayca

19.04.2024 543
.

Britaniya şahzadəsi ABŞ vətəndaşı oldu

Kral II Çarlzın oğlu və Böyük Britaniya taxtının növbədə beşinci varisi olan Sasseks hersoqu, şahzadə Harri ABŞ rezidenti olduğunu rəsmən təsdiqləyib. Məlumata görə, onun nəzarət etdiyi səyahət şirkəti bu həftə Britaniya səlahiyyətlilərinə şahzadənin köçdüyünü və hazırda ABŞ-də yaşadığını bildirən sənədlə

19.04.2024 222
.

"Artıq tək olmaq istəmirəm, gəncəm"- Aynur Dadaşova

Müğənni Aynur Dadaşova imicində kəskin dəyişiklik edib. O, 35 il sonra saçlarını kəsdirib və sarı rəngə boyadıb. -ın xəbərinə görə, Aynur Dadaşova saçları kimi həyatında da yenilik etmək istədiyini bildirib. "Yeni bir limana başlamaq istəyirəm. Artıq tək olmaq istməriməm. Gəncəm, hələ 50 yaşım yoxdur

18.04.2024 740
.

UNICEF: "Qəzzada hər 3 evdən 2-si dağılıb və ya zədələnib"

UNICEF-in sözçüsü Ceyms Elder, İsrailin intensiv hücumları altında olan Qəzzada hər 3 evdən 2-nin dağıldığını və ya zədələndiyini açıqlayıb. xəbər verir ki, bir müddətdir Qəzzada çalışan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder X sosial media platformasında İsraili

18.04.2024 216