Ağstafada şəhidin son arzusu yerinə yetirilib

Ağstafada şəhidin son arzusu yerinə yetirilib44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan Rüfət Məmmədlinin son arzusu yerinə yetirilib.

"Report" xəbər verir ki, şəhidin doğulub boya-başa çatdığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində xatirəsi əbədiləşdirilib.

Belə ki, bu gün Rüfət Məmmədlinin istəyi ilə qəsəbə sakinləri tərəfindən inşa edilən "Şəhidlər bulağı" istifadəyə verilib. Tədbirdə rayon hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhidin ailə üzvləri, yaxınları, qəsəbə sakinləri və rayon ictimaiyyət nümayəndələri iştirak edib.

Mərasimdə çıxış edənlər Birinci və İkinci Qarabağ müharibəsində şəhid olan qəhrəmanlarımızın, gizir Rüfət Məmmədlinin şücaəti və keçdiyi döyüş yolundan danışıblar. Daha sonra şəhidlərin ruhuna dualar oxunub, əziz xatirələri böyük ehtiramla yad edilib.

Qeyd edək ki, 89 ermənini məhv edən Rüfət Məmmədli yaralı olan zaman xalası oğluna mesaj yazaraq son arzusunu çatdırmışdı. O, "şəhid olsam kəndin girəcəyində adıma bir bulaq düzəldərsiz, amma suyu daim gəlsin" qeyd etmişdi.

Xatırladaq ki, Məmmədli Rüfət Vidadi oğlu 1993-cü il noyabrın 23-də Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyaya gəlib. 2012-2013-cü illərdə N saylı hərbi hissədə hərbi xidmətdə olub. Kəşfiyyatçı snayper olan Rüfət Məmmədli 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin iyun ayında Tovuz döyüşlərində də iştirak edib.

Senytabrın 27-də İkinci Qarabağ müharibəsi başlayan zaman isə o, könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrə yazılıb. Qorxmaz və igid döyüşçü olan Məmmədli bir neçə rayonumuzun işğaldan azad olunması uğurunda gedən döyüşlərdə qəhrəmalıqlar göstərib. Şuşanın azadlığı uğurunda gedən döyüşdə - noyabrın 8-də şəhidlik zirvəsinə ucalıb. Noyabrın 12-də Saloğlu qəsəbə qəbiristanlığında dəfn olunub.

Rüfət Məmmədlinin 2 azyaşlı övladı var.

Döyüş yoldaşları tərəfindən igidliyinə, qəhrəmanlığına görə Rüfətə "Əjdaha" ləqəbi verilib.

Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən, Rüfət Məmmədli ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Kəlbəcərin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1087   Tarix: 11 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544